top
Gənc boksçunun faciəvi ölümü: Həkim müayinələrinin vacibliyi barədə xəbərdarlıq Idman.biz
17 fevral 2026, 10:37
- ↺ +

Gənc boksçunun faciəvi ölümü: Həkim müayinələrinin vacibliyi barədə xəbərdarlıq

Bir neçə gün əvvəl Azərbaycan boksunda faciə baş verib - sparrinq zamanı III MDB Oyunlarının bürünc mükafatçısı, 16 yaşlı idmançı Əli Ruşanov həyatını itirib. Şəxsi məşqçilərin təşəbbüsü ilə keçirilən döyüş təxminən 6-7 dəqiqə davam edib. Döyüş zamanı Ruşanov huşunu itirərək rinqə yıxılıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb, lakin həkimlər onun ölümünü qeydə alıblar.

Boks travmanın tez-tez rast gəlindiyi idman növlərindən biri hesab olunur.

İdman.Biz-ə açıqlama verən nevroloq, tibb üzrə fəlsəfə doktoru və manual terapevt Vaqif Yaqubov idmançılar üçün müntəzəm tibbi müayinələrin vacibliyini vurğulayıb.

"Hər federasiyanın tibbi çekapdan(daxili orqanların müayinəsindən) keçmə ilə bağlı öz standartları var. Əgər idmançının şikayəti yoxdursa, müayinədən minimum altı ayda bir dəfə keçməsi tövsiyə olunur. Bəzi idman növlərində zədələr demək olar ki, hər gün baş verir, buna görə də bərpa prosesi və həkimə müntəzəm müraciət mütləqdir. Məsələn, futbolçular demək olar ki, hər oyundan sonra fizioterapiyadan keçirlər".

Yaqubovun sözlərinə görə, boksda döyüşlərdən əvvəl və sonra tibbi baxış zəruridir.

"Ən çox rast gəlinən zədələr arasında beyin silkələnməsi var. Həmçinin daxili orqanların - qaraciyərin, dalağın, ağciyərlərin cırılması mümkündür. Qabırğa sınıqları və boyun şöbəsi onurğasının zədələri də tez-tez qeydə alınır", - deyə o izah edib.

Mütəxəssis ən məkrli zədələrdən biri - gizli qanaxma məsələsinə də diqqət çəkib və bildirib ki, bu, müayinə olmadan aşkar edilməsi çətin olan haldır:

"Qan tədricən sızaraq axa bilər və bir-iki gün sonra insan huşunu itirər. Yalnız MRT müayinəsi zamanı hematoma aşkar olunur. Boksçu baş ağrısını aldığı zərbələrlə əlaqələndirə bilər, halbuki əslində bu, kəllədaxili qanaxmadır. Onurğa beyninə qanaxmalar da mümkündür – bunun nəticələri ölüm halından əlilliyə qədər dəyişə bilər".

Yaqubov ayrıca qoruyucu ləvazimat məsələsinə də toxunub: "Kapa(diş və çənəni qoruyan idman vasitəsidir – red.) hər zaman məcburidir. Dəbilqəyə gəldikdə isə hər şey yaşdan asılıdır. Müəyyən yaş məhdudiyyətləri var ki, həmin hallarda dəbilqə mütləqdir, xüsusən də olimpiya növlərinə aid boksda".

Sonda mütəxəssis uşağı idmana yönləndirməzdən əvvəl tibbi müayinənin vacibliyini vurğulayıb:

"Bu, yaxşı təcrübədir. Mənə tez-tez belə uşaqları gətirirlər, onurğa sütunu, əzələ gücü, ayaqların vəziyyəti, ətrafların əyriliyi, skoliozun olub-olmaması yoxlanılır. 13-15 yaşlı yeniyetmələrdə artıq yırtıqlara rast gəlinə bilər. Skoliozun birinci dərəcəsinədək adətən boksla bağlı ciddi problem yaranmır, lakin ondan sonra məşğul olmaq riskli olur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:03

FİFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Oxşar xəbərlər