top
Con Cons UFC ilə danışıqlardan narazı qalıb, müqaviləsinin ləğvini tələb edir Idman.biz
10 mart 2026, 18:23
- ↺ +

Con Cons UFC ilə danışıqlardan narazı qalıb, müqaviləsinin ləğvini tələb edir

Ağır çəkidə UFC çempionu Con Cons sosial şəbəkə hesabında təşkilatın prezidenti Dana Uaytın son açıqlamalarına cavab olaraq geniş paylaşım edib. Cons, Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə iştirakı ilə bağlı aparılan danışıqların detallarını açıqlayıb və UFC-dən azad olunmasını tələb edib.

İdman.Biz xəbər verir ki, döyüşçü tərəflər arasında razılığın əldə olunmamasının səbəbini maliyyə şərtləri ilə əlaqələndirib.

Cons turnirdə iştirak etmək üçün ilkin istədiyi məbləğdən geri çəkilsə də, UFC-nin ona daha aşağı qonorar təklif etdiyini bildirib:

"Dana, sən mənim Ağ Ev kartında olmadığıma görə narazı idin, amma gəl bəzi şeyləri dəqiqləşdirək. Mən və komandam bu döyüşlə bağlı UFC ilə real danışıqlar aparırdıq. Hətta mən ilkin istədiyim qonorardan geri çəkildim, bəs əvəzində mənə nə təklif olundu? Daha az məbləğ".

Döyüşçü bud-çanaq oynağındakı artrit probleminin çıxışına mane olmadığını, hətta döyüşə hazırlaşmaq üçün xüsusi müalicə aldığını qeyd edib:

"Bəli, məndə artrit var və bu ağrılıdır, amma o demək deyil ki, döyüşə bilmərəm. Mən hətta keçən həftə hazırlaşmaq üçün kök hüceyrə müalicəsi aldım. Bu gün məşqlərim başlamalı idi. Anlayıram ki, bəzən razılaşmalar baş tutmur, lakin ictimaiyyətə yalan danışmaq düzgün deyil".

UFC-yə verdiyi illərin qarşılığında rəhbərliyin onun haqqında "karyerası bitib" tərzində düşünməsindən məyus olduğunu deyən Cons, təşkilatdan ayrılmaq istədiyini vurğulayıb:

"Əgər UFC həqiqətən mənim bitdiyimi düşünürsə, hörmətlə xahiş edirəm ki, bu gün müqaviləmi ləğv edin. Daha heç bir intriqa, heç bir oyun istəmirəm".

Qeyd edək ki, daha əvvəl Dana Uayt UFC-nin Con Consu Ağ Ev turniri üçün variant kimi nəzərdən keçirmədiyini iddia etmişdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:41

Van der Vart: “Real Madrid” “Barselona”nı cəzalandıracaq”

Digər
Bu gün, 20:27

"Atletiko" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Digər
Bu gün, 20:23

“Bavariya”nın baş məşqçisi huşunu itirdi - Təcili xəstəxanaya çatdırıldı

Futbol
Bu gün, 20:10

Araz‑Naxçıvan – Qəbələ matçının video icmalı: Qəbələ 2-1 qalib gəldi

Futbol
Bu gün, 20:09

Yuri Maksimov: Qolları rəqibə veririk, öz qol vurmamız çətindir

Futbol
Bu gün, 19:58

Kriştianu Ronaldo 982-ci qol vurdu, Al‑Nəsr 3:1‑ə qalib gəldi

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Futbol
Bu gün, 19:35

Neftçi Turan Tovuzla matçın hazırlığını başa çatdırdı

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Oxşar xəbərlər