Boks üzrə ABŞ-li keçmiş dünya çempionu Mayk Tayson Türkiyənin "Tuzlu Kahve" serialında qonaq aktyor kimi çıxış edəcək.
İdman.Biz xəbər verir ki, türkiyəli jurnalist Birsen Altuntaşın məlumatına görə, boksçunun layihədə iştirakı prodüser Polat Yağcının təşəbbüsü ilə təşkil olunur.
Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmet Aydınoğlunun ABŞ-dən gələn dostu rolunu oynayacaq. Onun Türkiyəyə səfər edəcəyi gözlənilsə də, çəkilişlərin vaxtı hələ açıqlanmayıb.
"Star TV" kanalında yayımlanan serialda Eda Ece, Binnur Kaya, Şevval Sam və Nebahat Çehre kimi tanınmış aktyorlar da rol alırlar. Taysonun hansı bölümdə görünəcəyi və süjetdə nə qədər yer alacağı hələ məlum deyil.
Qeyd edək ki, Tayson əvvəllər də film və televiziya layihələrində iştirak edib.