UFC döyüşçüsü Andreas Qustafsson Bakıda Daniil Donçenko ilə planlaşdırılan qarşılaşmada iştirak etməyəcək.
İdman.Biz "Frontkick" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı döyüşçü məşq düşərgəsi zamanı ürək problemləri ilə üzləşib və bu səbəbdən UFC Bakı turnirində döyüşdən kənarda qalıb.

Bildirilir ki, Qustafssonun səhhətindəki problem ciddiləşdiyi üçün onun UFC karyerası qeyri-müəyyən müddətə dayandırılıb. İsveçli döyüşçü sağlamlığını bərpa etməyə fokuslanacaq.