top
51 yaşlı Bürünc Əlidən çempionluq kəməri hədəfləri: İdman.biz-ə müsahibə Idman.biz
02 oktyabr 2025, 11:12
- ↺ +

51 yaşlı "Bürünc Əli"dən çempionluq kəməri hədəfləri: İdman.biz-ə müsahibə

Boks üzrə Azərbaycan millisinin sabiq kapitanı, 51 yaşlı Əli İsmayılov reytinq döyüşündə ardıcıl üçüncü qələbəsini qeyd edib.

Belə ki, bu günlərdə "Bürünc Əli" (dünya və Avropa çempionatlarında qazandığı bürünc medalların çoxluğuna görə qazandığı ləqəb) Türkiyənin Fethiye şəhərində 28 yaşlı yerli boksçu Erhan Uzunla reytinq döyüşünə çıxıb.

Azərbaycanlı veteran boksçu səkkiz raundluq döyüşü altıncı raundda texniki nokautla bitirərək, inamlı qələbə qazanıb.

İdman.biz-ə müsahibə verən 51 yaşlı Əli İsmayılov qarşısına qoyduğu hədəflərdən danışıb.

- Döyüşün necə keçdiyindən danışın...

- Səkkiz raundluq döyüş gözlənilirdi, amma altıncı raundda boyu iki metrə yaxın olan rəqibim artıq taqətdən düşdü. İlk dəqiqlərdən o yaxşı başlamışdı, üç raund aktiv idi, lakin sonra təcrübə öz sözünü dedi. Mən isə öz gücümə qənaət edirdim, zərbələrdən yayınmağa çalışırdım. Dördüncü raunddan etibarən artıq sürətimi artırmağa, ikili, üçlü zərbələrlə cavab verməyə başladım. Nəticədə, mən zərbələrin sayında qarşı tərəfi üstələdim. Beşinci raundda ona iki tutarlı zərbə endirdim. O, yıxılmadı, amma mənə sığınaraq özünə gəlməyə çalışdı. Artıq rəqibimin yorulduğunu hiss etdim. Altıncı raundda o, artıq döyüşməkdən imtina edirdi. Görünür, türkiyəli boksçu mənim hücumlarıma tab gətirə bilməyəcəyini anladı.

Siz uğurlu qələbə seriyası yaxalamısız, elə deyilmi?

- Bəli, bu, reytinq döyüşündə artıq üçüncü qələbəmdir. Hamının məni alqışlaması və insanların 51 yaşlı bir boksçunun hələ də belə mübarizə apara bilməsinə heyran qalmaqları mənim üçün xoş idi.

- Sizin yaşınızı nəzərə almamaq mümkün deyil. Döyüşdən sonra özünüzü necə hiss edirdiniz?

- Həmin gün özümü gümrah hiss edirdim. Yorğunluq yox idi. Ertəsi gün yuxudan oyandım və hər tərəfimdə qançırlar və şişlər gördüm. Rəqibim gənc, zərbələri isə tutarlı idi. Evə çatan kimi bütün bu qançırlar və qabarları aradan aparmaq üçün birbaşa buxar otağına getdim. Amma nə etsən də, yaş öz təsirini göstərir. Bərpa prosesi 25 yaşında olduğu qədər sürətli deyil.

Üstəlik, sürətim əvvəlki kimi deyil. İlk iki raundda Erhan Uzunun məndən sürətli olduğunu gördüm, bir yumruqdan yayınsam da, ikincisi mənə dəyirdi. Amma üçüncü raundda tempi tuta bildim və rəqibin zərbələri boşa getməyə başladı. Məhz qeyri-dəqiqi zərbələr rəqibimi gücdən salmağa başladı. Təcrübəm sürətdə geridə qalmağımı kompensasiya etməyə imkan verir.

- Gələcək planlarınız nədir?

- Hazırda bu ilin oktyabrında Praqada, dekabrda isə Berlində artıq çempionluq kəməri uğrunda döyüşlə bağlı danışıqlar gedir. Artıq 20 yaşım yoxdur ki, zaman ötürüm, mümkün qədər tez şəkildə titul uğrunda döyüşə çıxmalıyam.

-Siz həm də MDB-nin çempionluq kəmərinə sahibsiz...

- Mən hətta onu qoruyub saxlamağa fürsət tapdım (gülür – red.) Nəzərinizə çatdırım ki, ötən yay Moskvada dağıstanlı Rəsul Maqomedovu ikinci raundda nokaut edərək bu kəməri qazanmışdım. O zaman hamı şoka düşdü. Çoxları bunun təsadüf olduğunu düşünərək, bu ilin mayında revanş görüşünü təşkil etdilər. Nəticədə onu yenidən məğlub etdim.

Düzdür, bu dəfə onu nokaut etmək üçün mənə əlavə bir raund da lazım oldu. Hətta ona yazığım da gəldi. İlk məğlubiyyətdən sonra onun qanı qaralmışdı, ikinci məğlubiyyətdən sonra isə tamamilə pərişan hala düşdü (gülür – Red.).

Amma daha ciddi turnirlərdə çempionluq kəmərləri qazanmalıyam və ümid edirəm ki, ilin sonuna qədər daha bir titul qazanacağam. Gələcəkdə dünya səviyyəli döyüşlərə çıxmağı hədəfləyirəm.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Bu gün, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
Dünən, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Futbol
Dünən, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
Dünən, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
Dünən, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
Dünən, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
Dünən, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Futbol
Dünən, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Güləş
Dünən, 17:03

Azərbaycanda çimərlik güləşinin Dünya Seriyası finalı üçün heyət açıqlanıb

Basketbol
Dünən, 16:18

"Sumqayıt" klubunun Elçin Salmanzadə ilə bir illik müqaviləsi

Qarabağ FK
Dünən, 15:00

U-16 milli komandamızın 22 futbolçusunun dəvət siyahısı

Boks
Dünən, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Minifutbol
Dünən, 14:38

“Zirə” minifutbol Çempionlar Liqasının G qrupunda ilk qələbəsini qazandı

Futbol
Dünən, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Dünən, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Dünən, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Dünən, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Dünən, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Dünən, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Dünən, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Dünən, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
23 sentyabr 2026, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
23 sentyabr 2026, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Oxşar xəbərlər