top
Ordunun uğurunun sirri: İntizam, kollektiv ruh və düzgün məşq prosesi Idman.biz
15 dekabr 2025, 20:02
- ↺ +

"Ordu"nun uğurunun sirri: İntizam, kollektiv ruh və düzgün məşq prosesi

"Ordu"nun Azərbaycan Basketbol Liqasının B qrupunda uğurlu çıxışının əsas səbəbi düzgün qurulmuş məşq prosesi, oyunçuların intizamı və kollektiv ruhdur".

İdman.Biz bildirir ki, bunu komandanın baş məşqçisi Polad Həsənov deyib.

Mütəxəssis Report-a açıqlamasında komandada hər kəsin öz rolunu bildiyini söyləyib: "Komandanın hazırkı forması məni sevindirir. Bunun əsas səbəbi düzgün qurulmuş məşq prosesi, oyunçuların intizamı və kollektiv ruhdur. Hər kəs öz rolunu bilir və bunu maksimal səviyyədə yerinə yetirməyə çalışır. Düzdür, hələ görlüləsi işlər çoxdur, amma doğru yolda olduğumuzu düşünürəm. Hər gün daha yaxşı olmağa fokuslanmışıq. Komandanın istəyi, mübarizəsi uğurun açarıdır".

P.Həsənov mövsümlə bağlı hədəfləri də açıqlayıb: "Addım-adım irəliləyirik. İlk hədəfimiz B qrupunu birinci yerdə tamamlamaqdır. Pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma konkret hədəfimiz yoxdur. Sadəcə, düşünürük ki, addım-addım irəliləmək daha doğrudur. Əlbəttə, Azərbaycan çempionatında final oynamaq istərdik. Bunun üçün çalışırıq. Hazırda A və B qrupları fərqlidir. Yəni bu gedişat B qrupu üçün yetərlidir. Amma A qrupunda mübarizə aparmaq üçün daha çox çalışmağa, köklənməyə ehtiyacımız var. Bununla yanaşı, əlavə oyunçularımız olarsa, "Ordu"nu yarımfinalda görə bilərik".

Qeyd edək ki, "Ordu" 9 turdan sonra B qrupunda maksimum nəticə - 18 xalla birinci pillədə qərarlaşıb. Bakı təmsilçisi X turda "Lənkəran"la üz-üzə gələcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Futbol
Dünən, 23:40

Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır

Futbol
Dünən, 23:40

Karvan‑Yevlaxın çempionluq şansı yüksəkdir

Formula 1
Dünən, 23:33

«Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu»

Qarabağ FK
Dünən, 23:20

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Polissya klubunda ilk mövsümdə 1,1 milyon dollar qazanacaq

Futbol
Dünən, 23:10

Latsio A Seriyasında 13 Oyundan Məğlubedilməz Çıxır, Liderliyi Qoruyur

Qarabağ FK
Dünən, 23:07

"Sabah"ın baş məşqçisi Premyer Liqadakı hakimliyə görə "Çempionlar Liqası" ilə bərabər tutmayacağını bildirib

Futbol
Dünən, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Dünən, 22:56

Dambrauskas «Sabah»ın «Araz‑Naxçıvan»a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Futbol
Dünən, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Futbol
Dünən, 22:42

Mançester Yunayteddə uğursuz nəticələr klub rəhbərliyinin mövqeyini sarsıdır

Futbol
Dünən, 22:30

"Sabah"ın baş məşqçisi Dambrauskas "Araz-Naxçıvan" məğlubiyyətindən sonra hakimlik qərarlarını tənqid etdi

Digər
Dünən, 22:27

MotoGP Valensiya mərhələsində Markesin motosikleti sprint yarışının startından əvvəl alovlandı

Futbol
Dünən, 22:25

"Bavariya" Bundesliyada "Hamburq"la qolsuz heç-heçə etdi

Futbol
Dünən, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 22:20

Yarımmüdafiəçi Sabuhi Abdullazadə karyerasını bitirməkdən qurtuldu, Sumqayıtın ikinci komandasında döndü

Futbol
Dünən, 22:18

Abdalla Sima "Anje"də beş qol vuraraq "Lans"ı qələbəyə daşıdı

Cüdo
Dünən, 22:12

"Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdu"

Futbol
Dünən, 22:07

"Samsunspor" evdə, "Amedspor" səfərdə qalib gəldi

Futbol
Dünən, 22:00

Real Madrid Endrikin komandada qalacağını təsdiqlədi, Milan və Roma maraqlıdır

Cüdo
Dünən, 21:55

Madina Kaisinova Romadakı Avropa Açıq Turnirində bürünc medal qazandı

Oxşar xəbərlər