top
NTD basketbolçusu Kobi Montqomeri komanda, liqa və Azərbaycan həyatı haqqında danışdı Sport24.az
27 noyabr 2025, 13:00
- ↺ +

NTD basketbolçusu Kobi Montqomeri komanda, liqa və Azərbaycan həyatı haqqında danışdı

"Növbəti oyunlara hazırlıq yaxşı gedir. Bizə həm fiziki, həm də mental olaraq toparlanmaq üçün imkan yarandı. Qarşıdakı oyunlara tam hazır olmalıyıq. Mən günahı konkret kiminsə üzərinə ata bilmərəm. Məncə, bu liqada böyük komandaya çevrilmək potensialımız var. Amma eyni zamanda çempionatın ən gənc komandasıyıq. Təcrübəli oyunçularla dolu bir liqada bu işlər çətinləşir. Yenə də vəziyyəti dəyişə biləcəyimizə inanıram". Sport24.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında NTD-nin basketbolçusu Kobi Montqomeri deyib. 

 

O, heyətlə bağlı fikirlərini də bölüşüb: "Heyətə qoşulan yeni oyunçular bizə çox kömək ediblər. Lakin bu yolda da çətinliklər var, çünki hər kəs yeni rollara uyğunlaşmalıdırlar. Hamımız qələbə mentalitetinə sahib olsaq, bu, mütləq xeyrimizə işləyəcək".

 

Amerikalı basketbolçu Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu söyləyib:

 

"Deyərdim ki, Azərbaycan Basketbol Liqasında çox yüksək səviyyədə basketbol oynanılır. Liqa çox rəqabətlidir. Bu mənim peşəkar basketbolda ilk ilim olduğundan nə gözləyəcəyimi tam bilmirdim. Amma mənim üçün belə təcrübə toplamaq çox müsbətdir".

 

Montqomeri əsas çətinliyinin dillə bağlı olduğunu bildirib:

 

"Azərbaycanda yaşamaq gözəldir. Mən daha çox evdə olmağı sevən biriyəm, ona görə də ölkəni tam hiss etmək üçün çox gəzə bilməmişəm. Amma heç bir problemim də olmayıb. Mənim üçün çətin olan yeganə şey dil səddidir".

 

Qeyd edək ki, NTD hazırda Azərbaycan Basketbol Liqasının A qrupunda 7 xalla sonuncu - altıncıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
09 oktyabr 2026, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
09 oktyabr 2026, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Oxşar xəbərlər