"Lənkəran" klubu ABŞ-dən olan basketbolçu Nmeso Nnbedum ilə vidalaşıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Bildirilib ki, bu ayrılıq oyunçunun istəyindən sonra qarşılıqlı razılıq əsasında baş tutub.
Mövsümün əvvəlində komandaya qoşulan Nmeso ölkəsinə qayıdıb
Qeyd edək ki, "Lənkəran" 25 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.