"Lənkəran" klubu ABŞ-dən olan basketbolçu Nmeso Nnbedum ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Lənkəran" Basketbol Klubu məlumat yayıb.
Bildirilib ki, bu ayrılıq oyunçunun istəyindən sonra qarşılıqlı razılıq əsasında baş tutub.
Mövsümün əvvəlində komandaya qoşulan Nmeso Nnbedu ölkəsinə qayıdıb.
Qeyd edək ki, "Lənkəran" 25 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.