Yeni mövsümdə Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında təmsil edəcək "Turan" komandası oyunçusu Yuliya Kərimova ilə yeni müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Turan" klubu məlumat yayıb.
Bildirilib ki, Azərbaycan millisinin liberosu daha bir il bölgə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, "Turan" ötən mövsüm Yüksək Liqanın qalibi olub.