“Qəbələ” bu gün Misli Premyer Liqasının 12-ci turunda “Şəfa”nın qonağı olub.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra “qırmız-qaralar”ın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Makedoniyalı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Düşünürəm ki, komandamız yaxşı oyun keçirdi. Qələbəyə layiq olan biz idik. Problemli tərəflərimiz də var. Amma bu gün yaxşı çıxış etdik.
Mən “Qəbələ”yə gələndə Karim Rossi zədəli idi. Uzun müddət komandadan kənarda qalmışdı. Son həftələrdə məşqlərə başlayıb və bu gün də ehtiyatdan meydana çıxdı. Düşünürəm ki, qarşıdakı matçlarda daha çox forma şansı qazanacaq.
Süni meydançalarda çıxış etmək narahatlıq yaradır. Amma biz “Şamaxı” ilə matçı orda keçirməyə məcburuq. Bizim Qəbələdə mox yaxşı meydançamız var. İnanıram ki, federasiya gələcəkdə bununla bağlı hansısa qərar qəbul edəcək. Çünki mən bu ölkəni çox sevirəm.
Mən bura gələndə komandamız cəmi iki qol vurmuşdu. Sonra biz sistemi dəyişdik və qolların sayı artdı. Düşünürəm ki, zaman-zaman daha yaxşı olacaq”.
“Qəbələ” növbəti turda “Şamaxı”nın qonağı olacaq.