Qadın voleybolçuların Super Liqasında III tura yekun vurulub.
Sportify.az xəbər verir ki, turun son qarşılaşmasında "Murov Az Terminal" klubu "Gəncə" komandasını qəbul edib. "Murov Az Terminal" VK-nın idman zalında keçirilən görüş ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
21 noyabr
Super Liqa
III tur
"Murov Az Terminal" – "Gəncə" 3:1 (22:25, 25:21, 25:23, 25:17)