PSJ-nin ekvadorlu müdafiəçisi Vilyan Paço Paris klubunun ən zəhmətkeş və fədakar futbolçusunun adını açıqlayıb.
İdman.Biz "Onze Mondial" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi komanda yoldaşı Uorren Zair-Emerini xüsusi fərqləndirib.
"Gənc futbolçularımız heyrətamizdir. Onlarda məni ən çox təəccübləndirən təvazökarlıqları və zəhmətkeşlikləridir. Məsələn, Uorrenə baxın. O, yəqin ki, komandamızın ən zəhmətkeş və fədakar oyunçusudur. Kollektivin uğuru naminə hər zaman özünü qurban verməyə hazırdır", - deyə Paço bildirib.
Ekvadorlu müdafiəçi 20 yaşlı fransalı yarımmüdafiəçinin fiziki keyfiyyətlərini də yüksək qiymətləndirib:
"Meydanda inanılmaz güc, sürət və universallıq nümayiş etdirir. Onun bu kluba bağlılığı və sevgisi hər saniyə hiss olunur".