Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun növbəti matçı bu gün baş tutacaq.
İdman.Biz xəbər verir ki, "Murov Az Terminal" və "Gənclər" komandaları üz-üzə gələcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, ikinci turun əvvəlki oyunlarında "Ordu" "Neftçi"ni, "Xilasedici" isə "AZERRAIL"i eyni hesabla - 3:0 məğlub edib.