top
Leyla Əliyeva: U-18 millimiz Avropa çempionatında mübarizə aparmadan təslim olmadı Report.az
02 aprel 2026, 15:18
- ↺ +

Leyla Əliyeva: U-18 millimiz Avropa çempionatında mübarizə aparmadan təslim olmadı

​Azərbaycanın 18 yaşadək qadın voleybolçulardan ibarət millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində yaxşı mübarizə aparıb və asan təslim olmayıb.

​Bunu "Report"a açıqlamasında komandanın kapitanı Leyla Əliyeva deyib.

​O, rəqiblərin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb:

"Turnirdən əvvəl rəqiblərin səviyyəsinin çox yüksək olduğunu və bizi çətin oyunların gözlədiyini bilirdik. Əlbəttə, komandamız özünü ən yaxşı tərəfdən göstərmək istəyirdi və qızlar əllərindən gələni etdilər. Yaxşı nəticə əldə edə bilmədiyimiz üçün kədərlənirik. Bəli, uduzduq, amma fikrimcə, mübarizə aparmadan təslim olmadıq".

​Kapitan qeyd edib ki, setlərdəki xal fərqi həm texniki, həm də psixoloji faktorlarla bağlı idi:

"Avropa komandalarına qarşı oyunlarda böyük təcrübə qazandıq. Bu da səviyyəmizi və üzərində işləməli olduğumuz sahələri göstərir. Turnirdən nəticələr çıxaracaq və növbəti dəfə daha güclü oyun göstərmək üçün çalışacağıq. Məğlubiyyətlərə əsas səbəb öz səhvlərimiz oldu. Nəticə fərqli ola bilərdi".

​L.Əliyeva hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

"Yarışdan əvvəl məşqlərimiz intensiv və planlı keçdi. Bizə hazırlıq üçün şərait yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Həmçinin komandamızla gördüyü işə görə bütün məşqçi heyətinə ayrıca minnətdaram".

Qeyd edək ki, Şahin Çatmanın baş məşqçisi olduğu U-18 millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində İspaniya, Estoniya və Niderlandla mübarizə aparıb. Komanda hər üç görüşdə 0:3 hesabı ilə uduzub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Con Terri, David Rayanı dünyanın ən yaxşı qapıçısı hesab edir

Digər
Bu gün, 07:00

"28 noyabr üçün hava proqnozu açıqlanıb"

Futbol
Bu gün, 06:13

"Real Madrid 50 milyon avroluq müdafiəçini hədəfə aldı"

Futbol
Bu gün, 05:12

Unai Emere Aston Villa‑nın Alexandro Qarnaçonun icarəsini erkən ləğv etmə xəbərlərinə şərh etdi

Futbol
Bu gün, 04:09

"Levelinqin uğursuz çıxışı "Roma"nın işinə fayda verə bilər"

Voleybol
Bu gün, 03:30

"Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 finalında məğlub oldu, avrokuboklarda CEV Çelenc Kubokunda davam edəcək

Futbol
Bu gün, 02:40

Qabriel Jesus, Luis Suarez"ı geridə qoydu

Futbol
Bu gün, 02:40

Çelsi yenidən məğlub oldu

Futbol
Bu gün, 02:26

Levante, evində Racing'ı 3-1-ə məğlub etdi

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Oxşar xəbərlər