top
Zeynəb Məmmədyarova: “Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir” İdman.biz
30 aprel 2024, 12:34
- ↺ +

Zeynəb Məmmədyarova: “Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir”

"Ülviyyə bizi həddindən çox sevindirdi. Yarış qurtaran kimi özünü də təbrik etdim".

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq şahmatçısı Zeynəb Məmmədyarova deyib.

40 yaşlı qrossmeyster Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında tarixi ilki rəsmiləşdirən Ülviyə Fətəliyevanın çempionluğunu dəyərləndirib. O bildirib ki, çempion tituluna yiyələnən idmançı ilkin turlarda çox əla mübarizə aparıb: "Oyunlarının səviyyəsinə, gedişlərinə baxıb aramızda təhlil edirdik. Stabil nəticə və debüt hazırlığı çox gözəl səviyyədə idi. Rahat görünürdü. Üstün vəziyyətlər alırdı. Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir, istədiyinə nail olur. Super nəticədir".

Məmmədyarova digər komandanın digər üzvlərinin çıxışlarını da şərh edib: "Turnirin başlanğıcında hamısı yaxşı oynadılar. Bir qədər sürpriz nəticəni Səbinə İbrahimova göstərdi. Çünki o uzun müddət idi ki, şahmat oynamırdı. Özünü yaxşı tərəfdən göstərdi. Gülnar Məmmədova heç-heçələr etdiyi üçün nəticəsi aşağı oldu. Amma ondan da yüksək performans gözləyirdik. İnanıram ki, gələcək yarışlarda özünü toparlayar. Ülviyyə Fətəliyeva çempionatda Gövhər Beydullayevanı da məğlub etdi. Gövhər həmin tur başqası ilə oynasaydı, daha uğurlu ola bilərdi. Avropa çempionatında 2 azərbaycanlı bir-birinə rəqib olanda şahmatçılar arasında xoş hiss olmur. Başqa ölkələrin nümayəndələrinə qarşı özümüzü daha yaxşı göstərə bilirik. Gövhərdən də yaxşı nəticə gözləyirdik".

Məmmədyarovanın sözlərinə görə, Ülviyyə Beydullayevaya qalib gəldikdən sonra Gövhərin də şansları azalıb: "Günay Məmmədzadənin də uğurlu çıxışına inanırdıq. Amma əsas odur ki, o, fərqləndi. Çox sevinirəm ki, Azərbaycanın qadın şahmatçıları artıq Avropada daha yaxşı nəticələr göstərməyə başlayıblar. Bu yarışda Rusiya idmançıları oynamadılar. Bu da bizim üçün böyük bir şans idi. Amma qızlarımız da əvvəlki deyil. Çox gücləniblər. Ruslar oynasaydı, nisbətən rəqiblər daha güclü olacaqdı. Amma bizim şahmatçılarımızın indiki səviyyəsi güclü qrossmeysterlər arasında nəticə göstərməyə bəs edir".

Millinin sabiq üzvü uğurun sirrini və gələcək yarışlarda gözləntilərini də açıqlayıb: "Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının prezidenti olarkən hər zaman qızlara xüsusi diqqət göstərmək lazımdır, məşqçilərlə çalışmalıdır, mükafatlar yazılmalıdır, deyirdim. Buna səbəb də onların oturub sırf şahmatla məşğul olması idi. Mahir Məmmədov federasiyaya rəhbər seçildikdən sonra isə qadın şahmatçılara böyük köməklər edilir. Azərbaycana çox güclü məşqçilər gətirilir. Onların da buna çox ehtiyacı var idi. Ona görə bu şəraitdən istifadə etməmək günah olardı. Bundan sonra da şahmatçılarımızdan möhtəşəm nəticələr gözləyirik. Xüsusi ilə də mənim üçün çox önəmli olan Olimpiada və komanda yarışlarıdır. Bu yarışda qızlarımız artıq bürünc medal qazanıblar. Millimizdən də daha yüksək nəticə gözləyirəm".

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu, Günay Məmmədzadə isə ilk "10-luğ"da yer aldığı üçün gələn il Dünya kubokunda iştirak hüququ qazanıb.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Oxşar xəbərlər