top
Ülviyyə Fətəliyeva, Rauf Məmmədovun həyat yoldaşı və son İdman.biz
30 aprel 2024, 10:24
- ↺ +

Ülviyyə Fətəliyeva, Rauf Məmmədovun həyat yoldaşı və son

Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların 24-cü Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, İsveçrə sistemi ilə 10 turdan ibarət olan turnirin axırıncı günündə Azərbaycan şahmatçıları da son sınaqlarına çıxıblar.

Yarışın lideri Ülviyyə Fətəliyeva son turdakı heç-heçə ilə Avropa çempionu olub. O, bu titula sahib çıxan ilk azərbaycanlı kimi tarixə düşüb.

Medal şansına malik Günay Məmmədzadə isə heç-heçə edərək 6-cı yerlə kifayətlənib. Onunla sülhə imza atan və eyni sala malik yığmamızın şahmatçısı Rauf Məmmədovun həyat yoldaşı Nataliya Buksa gümüş mükafat qazanıb.

Son turdakı məğlubiyyət Xanım Balacayeva və Səbina İbrahimovanın eyni xal toplaması və mükafata iddiasına, ən azı "10-luq"da yer almasına mane olub. Azərbaycan duelində İbrahimovanı üstələyən Gövhər Beydullayeva təmsilçilərimiz arasında üçüncü olub – 11-ci yer. "10-luğ"a düşən şahmatçılar Dünya kubokuna vəsiqə qazandığından Ülviyyə və Günay gələn il bu mötəbər turnirdə oynamaq hüququ qazanıb. Günay isə turnirin 1 addımlığında qalıb.

Turun digər Azərbaycan qarşılaşmasında Gülnar Məmmədova Ayan Allahverdiyevaya qalib gəlib.

Avropa çempionatı, Qadınlar
X tur, 29 aprel

Nino Batsiaşvili (Gürcüstan) - Ülviyyə Fətəliyeva – 0,5:0,5
Nataliya Buksa (Ukrayna) - Günay Məmmədzadə – 0,5:0,5
Xanım Balacayeva – Nadya Tonçeva (Bolqarıstan) – 0:1
Səbina İbrahimova - Gövhər Beydullayeva – 0:1
Gülnar Məmmədova - Ayan Allahverdiyeva - 1:0
Hanna Mari (Almaniya) - Nərmin Abdinova – 1:0
Nino Kordzadze (Gürcüstan) - Ləman Hacıyeva – 0:1
Səbinə Rzalı – Zuzana Borosova (Slovakiya) – 0,5:0,5

Turnir cədvəli: 1. Ülviyyə Fətəliyeva - 8,5, 2. Nataliya Buksa (Ukrayna) – 7,5, 3. Lela Cavaxişvili (Gürcüstan) – 7,5... 6. Günay Məmmədzadə - 7,5, 11. Gövhər Beydullayeva – 7, 21. Xanım Balacayeva – 6,5, 25. Səbina İbrahimova – 6,5, 44. Gülnar Məmmədova – 6, 78. Səbinə Rzalı – 5, 85. Ayan Allahverdiyeva – 5, 92. Nərmin Abdinova – 5, 97. Ləman Hacıyeva – 5.

Qeyd edək ki, çempionatda 182 şahmatçı mübarizə aparıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Valensiya Artem Dovbikni icarəyə götürür

Qarabağ FK
Bu gün, 09:20

Qurban Qurbanov: “Bu məsuliyyəti bugünədək hiss etməyiblər” - VİDEO

Formula 1
Bu gün, 09:13

Lyuis Hemilton Leklerlə insidentdən sonra qərarı “Ferrari”yə buraxıb

Cüdo
Bu gün, 09:10

MMA döyüşçüsü Amir Əliyev azadlığa buraxıldı

Futbol
Bu gün, 09:10

Kyellini: ‘10 il əvvəl bu barədə söhbət etsəydilər, hamımız gülərdik’

Futbol
Bu gün, 09:10

“Sabah”a qarşı oynamayacağı dəqiqləşdi

Futbol
Bu gün, 09:00

"Barselona" bu gün saat neçədə Bakıya ayaq basacaq?

Futbol
Bu gün, 09:00

"Bavariya" "Barselona"nın hücumçusunu istəyir

Futbol
Bu gün, 08:53

Poçettino: “Bu məğlubiyyətin qəzəbini enerjiyə çevirməliyik”

Futbol
Bu gün, 08:52

Olmo Bakıda start heyətində olacaq

Futbol
Bu gün, 08:41

Simeone La Liqanın tarixində ən çox qələbə qazanan baş məşqçi oldu

Qarabağ FK
Bu gün, 08:40

10 aylıq aradan sonra “Qarabağ”a döndü - VİDEO

Futbol
Bu gün, 08:40

"Liverpul"dan tubily qələbəsi

Qarabağ FK
Bu gün, 08:35

“Qarabağ” 360 dəqiqədir qol vura bilmir

Tennis
Bu gün, 08:32

Alkaras karyerasında ilk dəfə ATP Finalının qalibi oldu

Futbol
Bu gün, 08:25

Loris Karius "Bavariya" ilə danışıqlar aparmadığını bildirib və diqqətini tamamilə "Şalke"yə yönəltdiyini söyləyib

Futbol
Bu gün, 08:20

İngiltərədə "Uotford" klubunun baş məşqçisi Alessio Dionisi işdən çıxarıldı

Futbol
Bu gün, 08:17

Flik: “Azərbaycana uzaq səfər bizi narahat etmir”

Futbol
Bu gün, 08:10

La Liqada tarixi rekord qırdı

Cüdo
Bu gün, 08:00

Azərbaycan komandası mundialda 10-cu yeri tutdu

Futbol
Bu gün, 08:00

Luçano Spaletti A Seriyasında bunu bacaran 6-cı məşqçi oldu

Qarabağ FK
Bu gün, 08:00

“Qarabağ”ın nəzərə almadığı iki məqam

Futbol
Bu gün, 07:36

İtaliya A Seriyasında "Milan" "Frozinone"ni 5:1 məğlub etdi, "Atalanta" ilə "İnter" 4:4-lük heç-heçəyə qovuşdu

Futbol
Bu gün, 07:28

İnter, qapıçılıq mövqeyi üçün Marko Karnesekkinin transferini araşdırır

Oxşar xəbərlər