top
Qızıl zamanı çatıb - TƏHLİL İdman.biz
29 aprel 2024, 13:07
- ↺ +

Qızıl zamanı çatıb - TƏHLİL

Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların fərdi Avropa çempionatına bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Ellada torpağındakı yarış Azərbaycan idman tarixinə qızıl hərflərlə düşə bilər.

İsveçrə sistemi ilə keçirilən turnir 10 turdan ibarətdir. Son tur mükafatçıların adlarına aydınlıq gətirəcək.

Yarım xal yetər

Çempionatın lideri Ülviyyə Fətəliyeva keçirdiyi 9 matçda 8 xal toplayıb. Ən yaxın izləyicilərini 1 xal qabaqlayan təmsilçimiz gürcü Nino Batsiaşvili ilə qarşılaşacaq. Çempion olmaq üçün beynəlxalq ustamıza heç-heçə də kifayətdir. Yarım xal beynəlxalq ustamıza Avropa çempionu titulu qazandıracaq. Məğlubiyyət isə əlavə göstəricilərin nəzərə alınması zərurəti yaradacaq. Ondan bir xal geri qalanlardan biri - 5-ci sırada olan Günay Məmmədzadə də istənilən əyarlı medala iddiasını qoruyur. Yetərincə sıx olan cədvəldə Xanım Balacayeva və Səbinə İbrahimova da "üçlüy"ə düşmək üçün nəzəri şanslarını itirməyiblər. Onların hərəsinin 6,5 xalı var.

Görünməmiş uğur

Əgər Ülviyyə Avropa çempionu olsa, o, Azərbaycan şahmat tarixinə bunu bacaran ilk zəka sahibi olacaq. 2000-ci ildən keçirilən fərdi Avropa çempionatında nə kişi, nə qadın təmsilçimiz çempionluq qazanıb. 2020-ci ildə koronovirus səbəbindən baş tutmayan yarış indiyədək 23 dəfə təşkil olunub. Bu il qadınlar Yunanıstanda mübarizə aparırsa, qarşıda kişilərin İsrail sınağı planlaşdırılıb.

Polşadan başlanan uğur

Azərbaycan şahmatçıları əvvəlki illərdə cəmi 3 medal qazanıblar. İlk belə uğura 2005-ci Teymur Rəcəbov imza atıb. Həmin vaxt gənc istedad hesab olunan qrossmeysterimiz Polşada gümüşə sahib çıxıb. Bu uğur kişi şahmatçıların qitə səhnəsində ilk və hələlik son nailiyyəti kimi qalıb.

Praqada qızılsız "dubl"

Növbəti uğuru 17 il gözləmək lazım gəlib. 2022-ci ildə Praqada qadınlarımız fərqləniblər. Özü də təmsilçilərimiz iki mükafata sahib çıxıblar. Günay Teymurun nəticəsini təkrarlayaraq gümüşə yiyələnib. Ülviyyə isə bürünclə kifayətlənib. Həmin Ülviyyə ki, iki il sonra bürüncü qızıla dəyişməyə yaxındır. O, təkcə ilk çempionumuz deyil, həm də iki mükafata sahib çıxan birinci şahmatçımız olmaq imkanına malikdir.

Şahmatçıların fərdi Avropa çempionatındakı medallarımız
2005, Zabje (Polşa) – Teymur Rəcəbov – gümüş medal
2022, Praqa (Çexiya) – Günay Məmmədzadə - gümüş medal
2022, Praqa (Çexiya) – Ülviyyə Fətəliyeva – bürünc medal

Qeyd edək ki, Rodosda yığmamız 10 şahmatçı ilə təmsil olunub.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Oxşar xəbərlər