top
“Qarabağ” yeni islahata hazırlaşır: Gedənlər arasında sürpriz adlar olacaq Futbolinfo.az
Bu gün, 12:15
- ↺ +

“Qarabağ” yeni islahata hazırlaşır: Gedənlər arasında sürpriz adlar olacaq

“Qarabağ” növbəti dəfə heyəti yeniləməyə hazırlaşır. Baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi qışda, ən geci mövsüm bitən kimi daha 4-5 oyunçuilə yolları ayırmaq qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, ötən yay əksər oyunçularla yollar sərfəli transfer təkliflərinə görə ayrılmışdısa, bu dəfə ağdamlılar özü bəzi ulduzlarından imtina etməyi lazım bilir. Əvvəlki formasına qayıda bilməyən Kadi Borges və Pedro Bikalyo, eyni zamanda davranışları ilə hamını bezdirən Marko Yankoviçin yola salınması qərara alınıb. Bu futbolçular üçün gələn transfer təklifləri ən uyğun şəkildə dəyərləndiriləcək.

“Qarabağ” Cebrail Maçreçkis, Joni Montiel və heyətə düşə bilməyən Jeremi Qnalinin icarəyə verilməsi barədə də düşünür. Eyni zamanda yeni transferlərdən də bəzilərinin göndərilməsi mümkündür. Lakin onlarla bağlı qərar təkliflərdən və qarşıdakı turlarda göstərəcəkləri performansdan asılıdır.

Musa Qurbanlı da “Qarabağ”ı tərk etmək istəyir. Polşadan təklifi olan hücumçu az oynadığı üçün yenidən legioner olmağa cəhd edəcək.

Vida perspektivi olan bu oyunçuları əvəz etmək üçün “Qarabağ” transferlərə böyük büdcə ayıracaq. Klub rəhbərliyi bu dəfə seçimində daha diqqətli olmaq, komandaya daha çox fayda verəcək legionerlər gətirmək niyyətindədir. Bahalı, hətta rekord məbləğə keçidlərin reallaşması da mümkündür. Ağdamlılar axtarışdadır və çempionatdakı uğursuz gedişi dəyişmək üçün qışda bir neçə oyunçunun alınması aktualdır. Yeni mövsümdə isə tam fərqli heyətin formalaşdırılması planlanır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 12:25

Qurban Qurbanov Gəncədə ikiqat yubileyini qeyd etdi

Futbol
Bu gün, 12:15

“Barselona” Nunu Mendeşlə maraqlanır

Cüdo
Bu gün, 12:04

İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi"

Qarabağ FK
Bu gün, 12:00

Media tribunası jurnalistlərin iş yeridir, dost-tanışın yeri deyil

Şahmat
Bu gün, 11:41

Karlsenin ruslara qarşı davranışına qiymət veriləcək

Digər
Bu gün, 11:40

Prezident vəzifəsini tərk elədi, onun maaşını artırdılar - VİDEO

Futbol
Bu gün, 11:36

"Vilyarreal" Nikolas Pepenin göz əməliyyatının Günəş tutulması ilə əlaqəsini təkzib etdi

Futbol
Bu gün, 11:30

"Zirə"nin hücumçusu üçün yubiley qolu

Futbol
Bu gün, 11:20

İki gözü də “Turan”ın baş məşqçi postundadır

Futbol
Bu gün, 11:20

"Milan" gələn yaz Bruno Fernandeşi transfer etməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 11:16

Kəpəz müdafiəçisi Əli Səmədov Premier Liqada 100‑cü oyunu keçib, 1 qolu qeyd edib;

Futbol
Bu gün, 11:07

PSJ futbolçusunun evinə oğurluq cəhdi, ancaq heç bir ziyan görülmədi

Futbol
Bu gün, 11:00

"Barselona" klubu Laporta ilə birlikdə Bakıya gəlir

Futbol
Bu gün, 11:00

Qustavo Klismandan iddialı açıqlama: “İstəyimiz reallaşsa, qış çempionu ola bilərik”

Futbol
Bu gün, 10:52

Türkiyə Braziliyanı məğlub etdi - Dünya üçüncüsü oldu

Boks
Bu gün, 10:50

Avropa çempionatı: İki final, iki bürünc medal

Futbol
Bu gün, 10:50

Simeonu Araqonesi ötdü

Futbol
Bu gün, 10:44

“Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:41

“Qalatasaray”la oyun öncəsi Emeridən "RAMS Park" açıqlaması: “Bəhanəmiz yoxdur”

Futbol
Bu gün, 10:40

Mahir kənara çəkildi, "Rakov"un bəxti açıldı - VİDEO

Futbol
Bu gün, 10:40

Oğrular PSJ-nin oyunçusunun evinə görmək istəyiblər

Futbol
Bu gün, 10:37

"Barselona" Çempionlar Liqasında "Sabah"la Bakıda qarşılaşacaq - Səfər planı bəlli oldu

Digər
Bu gün, 10:35

Markesin 8-ci çempionuğu

Oxşar xəbərlər