İspaniya klubu"Barselona" Fransa təmsilçisi PSJ və Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşi transfer etmək niyyətindədir.
Sportify.az “El Nacional” nəşrinə istinadla xəbər verir ki, Kataloniya klubu yaxın vaxtlarda futbolçu ilə danışıqlara başlamağı planlaşdırıb. "Barselona"nın əsas məqsədi Mendeşi PSJ-dən ayrılmağa və Kataloniya təmsilçisinə keçməyə razı salmaqdır.
Mənbənin bildirdiyinə görə, "Barselona" portuqaliyalı müdafiəçi Paris klubu ilə yeni müqavilə imzalamazdan əvvəl ona təklif göndərmək istəyib. Bu vəziyyət PSJ-nin baş məşqçisi Luis Enrikeni məsələyə müdaxilə etməyə və klub prezidenti Nasser Əl-Xelaifini operativ addımlar atmağa çağırmağa vadar edib.
PSJ-nin Mendeşi komandada saxlamaq üçün ona yüksək məbləğdə maaş təklif etməyi planlaşdırdığı bildirilir. Məlumata əsasən, 24 yaşlı futbolçu yeni müqaviləyə imza atacağı təqdirdə Paris klubunda mövsüm başına 20 milyon avro qazana bilər.