top
Milan gələn yaz Bruno Fernandeşi transfer etməyi planlaşdırır Sport24.az
Bu gün, 11:20
- ↺ +

"Milan" gələn yaz Bruno Fernandeşi transfer etməyi planlaşdırır

"Milan" gələn yay "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşi heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. 

 

İtaliya klubu portuqaliyalı futbolçunun müqaviləsi ilə bağlı vəziyyəti gündəmdə saxlayır. Çünki Fernandes və "Mançester Yunayted" arasındakı danışıqlar hazırda dalana dirənib.

 

İngiltərə klubu bir neçə aydır ki, futbolçu ilə razılığa gəlməyə çalışır, lakin o, son iki təklifi rədd edib. 32 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir və əlavə bir mövsüm üçün uzadılma seçimini də ehtiva edir. Buna baxmayaraq, futbolçu gələcəyi ilə bağlı digər variantları da nəzərdən keçirməyə açıqdır.

 

"Milan" ümid edir ki, gələn mövsüm Çempionlar Liqasında çıxış etmək perspektivi portuqaliyalı oyunçunun diqqətini cəlb edə bilər. Digər bir amil isə "Mançester Yunayted"də birlikdə çalışdıqları dövrdən Fernandeşi yaxşı tanıyan Ruben Amorimin komandada olmasıdır. Üstəlik, hər ikisinin təmsilçisi eyni agentlikdir.

 

Qırmızı-qaralar" ötən yay da yarımmüdafiəçini transfer etmək imkanını araşdırmışdı. Digər tərəfdən, Maurisio Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi təyin olunması ehtimalı transferi çətinləşdirə bilər. Çox güman ki yeni baş məşqçi Fernandeşi Premyer Liqada qalmağa inandırmağa çalışacaq.

 

Qeyd edək ki, portuqaliyalı bu mövsüm 15 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

"Zirə"nin hücumçusu üçün yubiley qolu

Qarabağ FK
Bu gün, 11:16

Kəpəz müdafiəçisi Əli Səmədov Premier Liqada 100‑cü oyunu keçib, 1 qolu qeyd edib;

Futbol
Bu gün, 11:07

PSJ futbolçusunun evinə oğurluq cəhdi, ancaq heç bir ziyan görülmədi

Futbol
Bu gün, 11:00

"Barselona" klubu Laporta ilə birlikdə Bakıya gəlir

Futbol
Bu gün, 11:00

Qustavo Klismandan iddialı açıqlama: “İstəyimiz reallaşsa, qış çempionu ola bilərik”

Futbol
Bu gün, 10:52

Türkiyə Braziliyanı məğlub etdi - Dünya üçüncüsü oldu

Boks
Bu gün, 10:50

Avropa çempionatı: İki final, iki bürünc medal

Futbol
Bu gün, 10:50

Simeonu Araqonesi ötdü

Futbol
Bu gün, 10:44

“Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:41

“Qalatasaray”la oyun öncəsi Emeridən "RAMS Park" açıqlaması: “Bəhanəmiz yoxdur”

Futbol
Bu gün, 10:40

Oğrular PSJ-nin oyunçusunun evinə görmək istəyiblər

Futbol
Bu gün, 10:37

"Barselona" Çempionlar Liqasında "Sabah"la Bakıda qarşılaşacaq - Səfər planı bəlli oldu

Digər
Bu gün, 10:35

Markesin 8-ci çempionuğu

Basketbol
Bu gün, 10:28

Bam Adebayo “Mayami Hit” tarixində Lebron Ceymsə çatdı

Futbol
Bu gün, 10:28

“Vilyarreal” futbolçusu: “Barselona” və “Real Madrid” hakimlərə həddindən artıq təzyiq göstərir

Futbol
Bu gün, 10:20

Paredes "Copa Sudamericana" finalından sonra müsahibə zamanı huşunu itirdi

Futbol
Bu gün, 10:20

Camal Musialanın "Bavariya"dakı gələcəyi sual altındadır

Tennis
Bu gün, 10:17

Alkaras əfsanələr arasında

Futbol
Bu gün, 10:13

FIFA 2035-ci il Qadınlararası Dünya çempionatının ev sahibini müəyyənləşdirir

Voleybol
Bu gün, 10:03

Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi"

Qarabağ FK
Bu gün, 10:00

Maaşını “Neftçi”dən alan Ağadadaş niyə “Araz-Naxçıvan” üçün oynasın ki?!

Futbol
Bu gün, 10:00

Messi hirsləndi, topu rəqibin üzünə çırpdı, “qırmızı” almadı - Həmin olayın VİDEOsu

Qarabağ FK
Bu gün, 10:00

XII turun mənzərəsi: “Sabah”dan beş zərbə, “Neftçi” zirvədə, “Qarabağ”da SOS!

Oxşar xəbərlər