"Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Azərbaycana bu gün səfər edəcək.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laportanın da daxil olduğu nümayəndə heyəti Bakı vaxtı ilə saat 16:00-da Barselonadan yola düşəcək.
5 saat 10 dəqiqə davam edəcək uçuşdan sonra komandanın saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna çatması gözlənilir.
"Barselona" Bakıda olduğu müddətdə "Ritz-Carlton" hotelində qalacaq.
Səfərin uzunluğu və Azərbaycanla İspaniya arasındakı 3 saatlıq vaxt fərqi səbəbindən komanda Bakıya gəldiyi gün məşq etməyəcək. Baş məşqçi Hansi Flikin rəhbərlik etdiyi kollektiv noyabrın 24-də saat 17:00-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Məşqdən əvvəl baş məşqçi və futbolçulardan biri mətbuat konfransında iştirak edəcək.
Qeyd edək ki, "Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də saat 21:45-də başlayacaq. Oyundan dərhal sonra Kataloniya təmsilçisi Barselonaya qayıdacaq.