top
Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu Idman.biz
Bu gün, 09:15
- ↺ +

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

İtaliyanın "Sampdoriya" futbol komandasının və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero əsas heyətdə ilk qolunu vurub.

İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu İtaliya B Seriyasının 10-cu turunda "Virtus Entella" ilə keçirilən ev oyununda fərqlənib.

Oktyabrın 31-də Genuyadakı "Luici Ferraris" stadionunda baş tutan qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Mezzotero 17-ci dəqiqədə zədələnən belçikalı yarımmüdafiəçi Yari Versxarenin əvəzinə meydana daxil olub.

Gənc hücumçu 42-ci dəqiqədə sloveniyalı Tyaş Begiçin ötürməsindən sonra topu rəqib qapısından keçirərək meydan sahiblərinin üstünlüyünü artırıb.

Buna qədər, 23-cü dəqiqədə qonaqların müdafiəçisi Andrea Tirityellonun avtoqolu ilə hesab açılıb. Qarşılaşma "Sampdoriya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qol Mezzoteronun "Sampdoriya"nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu kimi tarixə düşüb. Gənc futbolçu məcburi əvəzetmədən sonra ilk hissədə fərqlənməyi bacarıb.

16 avqust 2008-ci ildə İtaliyanın Montsa şəhərində anadan olan hücumçu uşaqlığının bir hissəsini Azərbaycanda keçirib. O, "Qarabağ" və "Neftçi"nin futbol akademiyalarında məşq edib.

Hazırda Azərbaycanın U-21 millisində çıxış edən Mezzotero əvvəllər "Sampdoriya"nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib.

"Sampdoriya" bu qələbə ilə uğursuz nəticələr seriyasına son qoyub, azərbaycanlı futbolçu isə komandasının üç xal qazanmasında mühüm rol oynayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Futbol
Bu gün, 08:00

Yuventusun yeni baş məşqçisi üçün üç əsas namizəd

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Oxşar xəbərlər