top
Üzgüçülük üzrə Azərbaycan milli komandasına isveçrəli Luka Qabrilo baş məşqçi təyin edilib Idman.biz
16 oktyabr 2025, 20:11
- +

Üzgüçülük üzrə Azərbaycan milli komandasına isveçrəli Luka Qabrilo baş məşqçi təyin edilib

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə isveçrəli Luka Qabrilo təyin olunub.

İdman.Biz Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, 15 ildən artıq təcrübəyə malik mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb.

Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio 2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə "Team Iron" komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında dünyanın müxtəlif ölkələrindən olan 36 yüksək səviyyəli idmançıdan ibarət komanda liqada çıxış edib və bir sıra uğurlara imza atıb.

Bu gün yeni baş məşqçi milli komanda üzvlərinə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə ASF-nin müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.

Xatırladaq ki, dünən 12 illik fəaliyyətdən sonra Rəşad Əbdürəhmanov milli komandamızın baş məşqçisi vəzifəsindən ayrılıb və müşavir vəzifəsinə təyin edilib.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:45

"Xankəndi" futbol klubu üç futbolçu ilə yollarını ayırıb

Futbol
Bu gün, 15:40

İspaniya məşqçisi: Fransanı dayandırmağın yolunu tapıb

Futbol
Bu gün, 15:20

"Barselona" 2027/28 mövsümündə "Kamp Nou"da oynamayacaq

Basketbol
Bu gün, 15:10

Azərbaycanda gənc basketbol hakimləri üçün təlim-seminar keçirilib

Qarabağ FK
Bu gün, 15:00

„Real“ Tibo Kurtua ilə mərhələ uzatmaq istəyir

Futbol
Bu gün, 14:40

Liverpul yeni məşqçisi transfer planları barədə danışdı

Qarabağ FK
Bu gün, 14:32

„Qarabağ” azarkeşlərinə müraciət edib

Futbol
Bu gün, 14:25

Prezident Ançelottiyə robot ilə müqavilə təklif edib

Güləş
Bu gün, 14:04

Mingəçevirdə 5-ci “Kürü keçək?! ” açıq suda kütləvi üzmə yarışı

Futbol
Bu gün, 14:00

Bayıl stadionu yenidənqurulur və uşaq və gənclər futboluna uyğunlaşdırılır

Futbol
Bu gün, 13:26

DÇ-2026: Fransa və İspaniya yarımfinalda üzləşəcək

Futbol
Bu gün, 13:26

DÇ-2026: Yarımfinal matçları başlanğıcını alır

Futbol
Bu gün, 13:20

Argentina İngiltərə ilə oyun üçün 20 il əvvəlki mavi formasını geyəcək

Digər
Bu gün, 13:07

Azərbaycanda bilyard üzrə dünya çempionatını keçirmək istəyirik

Futbol
Bu gün, 12:40

Əl-Əhli Fransişku Trinkaonu transfer edib

Futbol
Bu gün, 12:22

Norveçli futbolçu kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:22

Norveç futbolçusu Yulian Ryerson kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:07

„Şəfa“nın legioneri mövsümə hazırlıqdan danışdı

Futbol
Bu gün, 11:40

Aston Villa Dinyeyə əvəzləyici axtarır

Basketbol
Bu gün, 11:22

Azərbaycanın gənclər basketbol millisi İrlandiya ilə qarşılaşacaq

Digər
Bu gün, 10:44

Azərbaycan karateçiləri Dünya Kubokunda uğur qazanıb

Futbol
Bu gün, 10:40

Barselona 2027/28 mövsümünün ilk yarısında „Kamp Nou“da oynaya bilməyəcək

Futbol
Bu gün, 10:35

Lamin Yamal mətbuat konfransında diqqət mərkəzinə düşüb

Futbol
Bu gün, 10:24

"İmişli" FK-də yeni transfer: Yusif İmanov

Oxşar xəbərlər