top
Mundialda 4 medal qazanan Raman Salei: Paralimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyəm Idman.biz
26 sentyabr 2025, 13:03
- +

Mundialda 4 medal qazanan Raman Salei: "Paralimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyəm"

Sinqapurda keçirilən dünya çempionatında dörd medal qazanan paraüzgüçü Raman Salei 2028-ci ildə keçiriləcək paralimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib.

İdman.biz xəbər verir ki, 31 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

O, dörd dəfə fəxri kürsüdə yer aldığı mundialla bağlı fikirlərini bölüşüb: "Ümumilikdə çıxışımı yaxşı qiymətləndirirəm. Amma həmişə daha çox inkişaf etməyə çalışıram. Çünki hər zaman bunu arzulayıram. Yarışa hər bir idmançı kimi, mən də medal qazanmaq üçün getmişdim. Üç mükafat əldə edəcəyimi gözləyirdim, amma 4 oldu".

Salei 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Paralimpiya Oyunları ilə bağlı da danışıb: "Hədəflərlə bağlı yalnız bir məsələni deyə bilərəm. Həmin turnirə hələ üç il var. Bu səbəbdən proqnoz vermək çətindir. Amma bir şeyi dəqiq bilirəm, Azərbaycanı layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Raman Salei dünya çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. S12 kateqoriyasında çıxış edən üçqat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzməkdə qızıl, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə gümüş, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzməkdə və eyni məsafəyə sərbəst üsulla üzməkdə bürünc mükafata sahib çıxıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:50

„Fənərbağça“ Meyson Qrinvudu transfer edib

Futbol
Bu gün, 01:02

DÇ-2026: İspaniya finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:59

DÇ-2026: İspaniya Fransa üzərində qələbə qazanaraq finala yüksəldi

Basketbol
Bu gün, 00:30

U20 milli komanda İrlandiyaya məğlub olub

Basketbol
Bu gün, 00:30

FIBA U20 Avropa Çempionatında İrlandiyaya uduzaran U20 milli komanda

Futbol
Bu gün, 00:25

"İmişli"nin 2026/2027 mövsümü üçün yay hazırlıq planı

Futbol
Bu gün, 00:12

Oyarsabal mundialda qol vurma rekordunu təkrarlayıb

Futbol
Bu gün, 00:06

DÇ-2026: İspaniya - Fransa matçında ikinci hissədir

Futbol
Dünən, 23:23

DÇ-2026: Fransa - İspaniya matçında hesab açılıb

Futbol
Dünən, 23:07

Harri Keyn İngiltərə-Argentina matçı barədə

Futbol
Dünən, 23:01

DÇ-2026: Fransa və İspaniya between them will play for final ticket

Güləş
Dünən, 22:35

Cüdo Liqası III turu Abşeronda keçiriləcək

Futbol
Dünən, 22:20

KuPS Çempionlar Liqasının növbəti mərhələsinə yüksəldi

Futbol
Dünən, 21:56

Şəfa yay təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 21:49

İker Kasilyas: İspaniyanın 2026 Dünya Çempionatının Finalına Çıxacağına əminik

Futbol
Dünən, 21:18

DÇ-2026-nın bağlanış mərasimində world ulduzlarının iştirakı

Futbol
Dünən, 21:03

Yann Sommer “İnter”dən “Brügge”yə keçib

Futbol
Dünən, 20:58

Amil Yunanov Şirvana transferred

Futbol
Dünən, 20:17

"Qəbələ" "Kəpəz"i məğlub edib

Futbol
Dünən, 20:02

Ander Errera “Saraqosa”ya transfer olunub

Futbol
Dünən, 19:59

Lamin Yamal: Qol hesabımı Fransa oyununda aça bildiyimə ümid edirəm

Futbol
Dünən, 19:46

"Real Madrid" "Barselona"nın Neqreyranın dövründə qazandığı kuboklardan məhrum olunmasını istəyib

Boks
Dünən, 19:31

Zlatan İbrahimoviç Tayson Fyuri ilə boks döyüşü keçirməyə hazır

Futbol
Dünən, 19:16

Frenki de Yonq dörd aya qədər futbol oynaya bilməyəcək

Oxşar xəbərlər