"İnter" "Tottenhem"in futbolçusu Jack Spens üçün ilk rəsmi təklifini göndərib. Sport24.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Tərəflər arasında danışıqlar davam edir və transfer məbləğinin 30 milyon avrodan çox olacağı gözlənilir.
İngiltərəli müdafiəçi "İnter"in müqavilə şərtlərinə razılıq verib. İtaliya klubu indi "Tottenhem"lə yekun razılığa gəlməyə ümid edir.