Ötən mövsümün sonunda "Araz-Naxçıvan"dan ayrılan Coşqun Diniyevin karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Sport24.az-a daxil olan məlumata görə, 30 yaşlı futbolçu "Qəbələ"dən təklif alıb.
Diniyevin Türkiyəyə qayıtmaq ehtimalı da gündəmdədir. O, daha əvvəl Türkiyə I Liqasında "Ümraniyespor" və "Çorum"un formasını geyinib.
Qeyd edək ki, Diniyev Azərbaycan millisinin heyətində 30 oyunda meydana çıxıb.