Ukraynanın "Dinamo" (Kiyev) klubu avqustun 12-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi media üçün açıq məşqini keçirib.
İdman.Biz xəbər verir ki, ilk 15 dəqiqəsi mətbuata açıq olan məşq saat 17:50-da baş tutub.
Baş məşqçinin rəhbərliyi altında futbolçular taktiki tapşırıqları yerinə yetirib və isinmə hərəkətləri ediblər.
Qeyd edək ki, avqustun 13–də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:00-da start götürəcək.