top
Yeton Bekiri: Bu gün qələbəyə layiq olan tərəf biz idik Sportify.az
Bu gün, 19:45
- ↺ +

Yeton Bekiri: Bu gün qələbəyə layiq olan tərəf biz idik

“Qəbələ” Misli Premyer Liqasının XII turunda səfərdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.

Sportify.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə ki, problemlər də var. Bu gün qələbəyə layiq olan tərəf biz idik. “Zirə”yə məğlubiyyətdən sonra bugünkü qələbə çox vacib idi.

– Kərim Rossi ötən mövsüm 10 qol vurub, bu mövsüm isə əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?

– Mən “Qəbələ”yə gələndə Rossinin zədəsi var idi. Uzun müddət məşq etmədi. Bu həftə məşqlərə başladı. Bu gün ehtiyatdan oyuna girdi. Növbəti matçlarda daha çox oynamaq imkanı olacaq.

– Qarşıda “Şamaxı” və “İmişli” ilə səfər oyunları var. Süni örtüklü meydançada oynamaq sizi narahat edir?

– Əlbəttə ki, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətinlik yaradır. Amma edəcəyimiz bir şey yoxdur. Orada oynamağa məcburuq. Qəbələdə məşq etmək üçün süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar çıxarar. Bu ölkəni, çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların yaxşı olması vacibdir.

– “Qəbələ”də sürətli futbolçular çox olsa da, komanda çempionatda ən az qol vuran komandadır. Bunun səbəbi nədir?

– Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra yavaş-yavaş sistemi dəyişdik və qolların sayı çoxalmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:00

Şamaxı – Turan Tovuz oyunu: Referee decision və yaralanma fotonu

Boks
Bu gün, 20:48

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Qarabağ FK
Bu gün, 20:42

“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı - FOTO

Futbol
Bu gün, 20:40

“Neftçi”nin macar legioneri həyacan içində: “Bu, bizi aldatmamalıdır”

Voleybol
Bu gün, 20:35

“Gəncə” məğlub oldu

Futbol
Bu gün, 20:29

Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə - VİDEO

Voleybol
Bu gün, 20:16

Murov Az Terminal qadın voleybol komandası Super Liqada üçüncü turda qalib gəldi

Futbol
Bu gün, 20:15

Şəfa – Qəbələ matçının video icmalı

Futbol
Bu gün, 20:06

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:05

Zaur Həşimov: Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq

Futbol
Bu gün, 20:02

“Latsio” liderliyini möhkəmləndirdi, “Komo”dan inamlı qələbə - VİDEO

Futbol
Bu gün, 20:00

Vinisius Realın üç oyunçusunu Braziliyaya aparacaq

Futbol
Bu gün, 20:00

Millinin toplanışına gəlmədi, İtaliyada qol vurdu

Futbol
Bu gün, 19:52

Qara zolaqdan çıxdıq, amma məğlubiyyət gərginliyi artırdı

Digər
Bu gün, 19:50

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Futbol
Bu gün, 19:48

“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

Futbol
Bu gün, 19:40

Premyer Liqada qalmaq istəyiriksə… Onları göndərək, 2 legioner gətirək!

Futbol
Bu gün, 19:30

“Qələbəyə layiq olan biz idik” – Bekiri

Futbol
Bu gün, 19:30

PSJ-nin ən fədakar futbolçusu açıqlandı: Nə Dembele, nə də Vitinya

Futbol
Bu gün, 19:25

Flik Yamalın İspaniya millisində oynamamasının səbəbini açıqladı

Qarabağ FK
Bu gün, 19:20

Toralı “Bursaspor”da niyə sevmirlər? - Tanınmış menecerdən AÇIQLAMA

Futbol
Bu gün, 19:15

Okan Buruk derbini buraxacaq

Oxşar xəbərlər