top
“Neftçi”nin macar legioneri həyacan içində: “Bu, bizi aldatmamalıdır” Sportinfo.az
Bu gün, 20:40
- ↺ +

“Neftçi”nin macar legioneri həyacan içində: “Bu, bizi aldatmamalıdır”

"Neftçi" daha bir çətin səfərə hazırlaşır.

24 xalla turnir cədvəlinə liderlik edən paytaxt təmsilçisi bu dəfə Şamaxıda - "Araz-Naxçıvan"la səfər matçında meydana çıxacaq.

Komandalar arasında ilk dövrədə keçirilən qarşılaşma "ağ-qaralar"ın 5:0 hesablı qələbəsi ilə başa çatmışdı. Təbii ki, bu nəticə Naxçıvan təmsilçisində revanş istəyi yaradıb.

Digər tərəfdən, "Araz-Naxçıvan" sonuncu pillədəki mövqeyini yaxşılaşdırmaq və vacib 3 xal qazanmaq niyyətindədir.

"Neftçi" isə növbəti qələbəsini qazanaraq liderliyini davam etdirməyə çalışacaq.

Bir sözlə, hər iki kollektiv birmənalı qələbəyə köklənib. Heç-heçə hansısa mənada "ağ-qırmızılar"a sərf etsə də.

Vacib qarşılaşma öncəsi "Neftçi"nin macarıstanlı yarımmüdafiəçisi Alen Şkribek Sportinfo.az-a açıqlamasında rəqibə ciddi yanaşmalı olduqlarını xüsusi şəkildə qeyd edib:

"Bu çempionatda zəif rəqib yoxdur. Komandaların yarısı avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırsa, digər yarısının hədəfi elitadakı yerini qorumaqdır.

Xüsusən də "Neftçi"nin adı rəqib komandalarda əlavə motivasiya yaradır. Hər bir komanda bizdən xal almağa, bizi məğlub etməyə çalışır. Bu da işimizi bir qədər çətinləşdirir.

"Araz-Naxçıvan"ın sonuncu pillədə olması bizi aldatmamalıdır. Həqiqətən güclü rəqibdir, heyətində keyfiyyətli futbolçular var. Bu oyuna daha ciddi yanaşmalıyıq.

Sözsüz, matçın süni örtüklü meydanda keçirilməsi müəyyən mənada çətinlik yaradır. Çünki iki tur əvvəl "Şamaxı" ilə həmin meydandakı oyunda vəziyyəti görmüşdük.

Lakin şərtlər hər iki komanda üçün eynidir. Bu, bizim üçün bəhanə olmamalıdır. 90 dəqiqə ərzində əlimizdən gələni edəcəyik ki, növbəti 3 xalımızı qazanıb azarkeşlərimizi sevindirək".

Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" – "Neftçi" görüşü saat 14:30-da başlayacaq.

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:00

Şamaxı – Turan Tovuz oyunu: Referee decision və yaralanma fotonu

Boks
Bu gün, 20:48

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Qarabağ FK
Bu gün, 20:42

“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı - FOTO

Voleybol
Bu gün, 20:35

“Gəncə” məğlub oldu

Futbol
Bu gün, 20:29

Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə - VİDEO

Voleybol
Bu gün, 20:16

Murov Az Terminal qadın voleybol komandası Super Liqada üçüncü turda qalib gəldi

Futbol
Bu gün, 20:15

Şəfa – Qəbələ matçının video icmalı

Futbol
Bu gün, 20:06

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:05

Zaur Həşimov: Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq

Futbol
Bu gün, 20:02

“Latsio” liderliyini möhkəmləndirdi, “Komo”dan inamlı qələbə - VİDEO

Futbol
Bu gün, 20:00

Vinisius Realın üç oyunçusunu Braziliyaya aparacaq

Futbol
Bu gün, 20:00

Millinin toplanışına gəlmədi, İtaliyada qol vurdu

Futbol
Bu gün, 19:52

Qara zolaqdan çıxdıq, amma məğlubiyyət gərginliyi artırdı

Digər
Bu gün, 19:50

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Futbol
Bu gün, 19:48

“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

Futbol
Bu gün, 19:45

Yeton Bekiri: Bu gün qələbəyə layiq olan tərəf biz idik

Futbol
Bu gün, 19:40

Premyer Liqada qalmaq istəyiriksə… Onları göndərək, 2 legioner gətirək!

Futbol
Bu gün, 19:30

“Qələbəyə layiq olan biz idik” – Bekiri

Futbol
Bu gün, 19:30

PSJ-nin ən fədakar futbolçusu açıqlandı: Nə Dembele, nə də Vitinya

Futbol
Bu gün, 19:25

Flik Yamalın İspaniya millisində oynamamasının səbəbini açıqladı

Qarabağ FK
Bu gün, 19:20

Toralı “Bursaspor”da niyə sevmirlər? - Tanınmış menecerdən AÇIQLAMA

Futbol
Bu gün, 19:15

Okan Buruk derbini buraxacaq

Oxşar xəbərlər