top
Azərbaycan Avropa antidopinq siyasətində gender bərabərliyi üzrə işçi qrupuna rəhbərlik edəcək Idman.biz
08 sentyabr 2025, 17:02
- ↺ +

Azərbaycan Avropa antidopinq siyasətində gender bərabərliyi üzrə işçi qrupuna rəhbərlik edəcək

Avropanın antidopinq siyasətinə səlahiyyətli qurumları Strasburqda təmiz idmanın gələcəyini müəyyənləşdirən iki yüksək səviyyəli toplantıda - Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 68-ci iclası və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun 61-ci iclasında bir araya gəliblər.

İdman.biz xəbər verir ki, ölkəmizi bu görüşlərdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

CAHAMA-nın iclasında iştirakçılar Avropanın ortaq mövqelərini razılaşdıraraq, WADA İcraiyyə Komitəsinin qarşıdakı iclasına hazırlıq məqsədilə idarəetmə, rəhbərliyin seçilməsi və qitənin ali antidopinq qurumunun gündəliyinə dair təkliflərini müzakirə ediblər.

T-DO-nun 61-ci iclasında isə uyğunluğun monitorinqi, Gürcüstan və Bosniya və Herseqovinada milli qiymətləndirmələr, həmçinin Avropada dopinq maddələrinin əlçatanlığının azaldılması tədbirləri diqqət mərkəzində olub. Görüşdə nümayəndələr "Enhanced Games" təşəbbüsünü qınayıb və 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinə Avropanın töhfələrini nəzərdən keçiriblər.

Əlamətdar hadisə isə "Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası" üzrə xüsusi yaradılmış işçi qrupunun (T-DO GEMA) fəaliyyətə başlaması olub. CAHAMA-nın ekspertlərindən ibarət Gender bərabərliyi üzrə İşçi Qrupunun (GECA) nəticələrinə əsaslanan yeni qurum gender bərabərliyinin antidopinq sisteminin bütün səviyyələrində təmin olunması üçün tövsiyələr və monitorinq vasitələri hazırlayacaq. Qrupun sədri vəzifəsini AMADA-nın İcraçı direktorunun müavini və CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi Rüfət Efendiyev icra edəcək.

CAHAMA-nın car ildə sonuncu iclası noyabr ayında keçiriləcək. CAHAMA və T-DO isə 2026-cı ilin martında Strasburqda yenidən toplanacaq və bundan sonra Bakı WADA-nın Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Oxşar xəbərlər