Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan ilk medalını qazanıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.