Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
55 kq çəki dərəcəsində güləşən idmançımız Elmir Əliyev yarımfinalda iranlı Armin Şamsipurhacıya "tuş"la qalib gələrək dünya çempionatının finalına yüksəlib.
Qeyd edək ki, Ziya Babaşov (63 kq) da finala çıxıb. O, finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.
Laçın Vəliyev (87 kq) isə bürünc medal uğrunda amerikalı Payton Yakobsonla güləşəcək.