"Şəfa" Futbol Klubu növbəti transferini reallaşdırıb.
İdman.Biz klubun mətbuat xidmətinə istifadən xəbər verir ki, Bakı təmsilçisi fransalı yarımmüdafiəçi Omar Abdulaye Diavla 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı futbolçu son olaraq Belçikanın "Akren-Lessin" klubunda çıxış edib. Diav Fransada isə "Olimpik Markkua" və "Krua" komandalarının formasını geyinib.
Qeyd edək ki, "Şəfa" bundan əvvəl Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Məmməd Hüseynov, Murad Musayev, Vlad Pop, Andrey Fernando Draqu, Dilan Mertens, Musa Quel və Fərid Yusiflini heyətinə qatıb. Omar Abdulaye Diav isə klubun bu yay 11-ci transferi olub.