top
U-23 Avropa Çempionatı: İki güləşçimiz yarımfinalda, İlkin Qurbanov bürünc medal uğrunda güləşəcək, Fərid Sadıqlı finalda Idman.biz
14 mart 2026, 17:50
- ↺ +

U-23 Avropa Çempionatı: İki güləşçimiz yarımfinalda, İlkin Qurbanov bürünc medal uğrunda güləşəcək, Fərid Sadıqlı finalda

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 67 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərid Xəlilov gürcüstanlı Anri Xozrevanidzeyə qarşı 11:6 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bundan əlavə ölkəmizi təmsil edən 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov albaniyalı Andi Mukaya qarşı tuşla qalib gələrək yarımfinala yüksəlib.

82 kq çəki dərəcəsində çıxış edən Elmin Əliyev ispaniyalı Xose Sobaya qarşı 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

72 kq çəki dərəcəsində çıxış edən Fəraim Mustafayev ilk mərhələdə bolqarıstanlı Dimitar Georgiyevə 8:0 hesabı ilə qalib gəldi, lakin 1/4 finalda rusiyalı Rabil Askerova qarşı 0:8 məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

16:59

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Quliyev 1/8 final mərhələsində Xorvatiya təmsilçisi Tomislav Brkana ilə qarşılaşıb. Görüş rəqib güləşçinin 5:2 hesablı qələbəsi ilə başa çatıb və Ə.Quliyev mübarizəni dayandırıb.

Bundan əlavə ölkəmizi təmsil edən 82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə Macarıstan güləşçisi Sabolç Sina ilə üz-üzə gəlib. E.Əliyev rəqibini 5:3 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.

67 kq çəki dərəcəsində çıxış edən Fərid Xəlilov Almaniya təmsilçisi Yanıs Haynzelbeker üzərində tam üstünlüklə (8:0) qalib gəlib. Bu nəticə ilə F.Xəlilov turnirdə 1/4 finala vəsiqə qazanıb.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

15:44

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Bürünc medal görüşündə İ.Qurbanovun rəqibi Gürcüstan təmsilçisi Rati Xozrevanidze olacaq.

Bundan əlavə ölkəmizi təmsil edən 60 kq-da Ayxan Cavadov bolqarıstanlı Borislav Kirilova 8:1 hesabıyla qalib gələrək 1/4 final mərhələsinə yüksəldi.

55 kq-da isə final görüşü keçiriləcək. Azərbaycan idmançısı Fərid Sadıxlı bu gün Rusiyadan olan Alibek Amirov ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

10:39

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq), bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç İştvan Sinayla üz-üzə gələcək.

Təsəlliverici görüşdə İlkin Qurbanov (63 kq) fransalı Lukas Lo Qrassonu sınağa çəkəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev isə (97) xorvatiyalı Tomislav Brkanla güləşəcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal sahibi olublar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Oxşar xəbərlər