top
U-17 Avropa Çempionatı: İbrahim Həsənov qızıl, Tunar Həsənov bürünc medal qazandı, Azərbaycan millisi 15 medalla başa vurdu Idman.biz
17 may 2026, 22:13
- ↺ +

U-17 Avropa Çempionatı: İbrahim Həsənov qızıl, Tunar Həsənov bürünc medal qazandı, Azərbaycan millisi 15 medalla başa vurdu

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatı başa çatmaq üzrədir.

İdman.Biz, bu gün Azərbaycanın sərbəst güləş millisi daha iki medal qazanıb.

51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov final görüşündə qələbə qazanaraq Avropa çempionu olub.

45 kq-da yarışan Tunar Həsənov isə bürünc medala sahib çıxıb.

92 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə üçüncü yer uğrunda görüşdə məğlub olub və medalsız qalıb.

Beləliklə, Azərbaycan millisi U-17 Avropa çempionatını ümumilikdə 15 medalla başa vurub. Yığmanın aktivində 4 qızıl, 4 gümüş və 7 bürünc medal var.

19:58

Azərbaycanlı güləşçi İbrahim Həsənov (51 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz final görüşündə Türkiyə güləşçisi Muhammed Gölhayı 11:3 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

11:53

Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında daha üç medal üçün mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənovun final görüşünə çıxacaq. O, ukraynalı Boqdan Kazakovu 10:0, rusiyalı Xalid Sonqurbekovu 12:0, belaruslu Yanis Şapartaunu isə 10:0 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda onun rəqibi türkiyəli Muhammed Gölha olacaq.

45 kq-da Tunar Həsənov bürünc medal uğrunda güləşəcək. O, ilk görüşdə gürcüstanlı Mkrtiç Canamyanı 3:2 hesabı ilə məğlub etsə də, dörddəbir finalda ukraynalı Marko Kvasniuka uduzub. Həsənov üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Buğra Eldemirlə üz-üzə gələcək.

92 kq-da Elgün Kərimli mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Azərbaycanlı güləşçi startda ermənistanlı Artur Mkrtçyanı 8:0 hesabı ilə üstələyib, dörddəbir finalda isə rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə məğlub olub. O, təsəlliverici mərhələdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə bu vaxta qədər 13 medal qazanıb. Yığmanın aktivində üç qızıl, dörd gümüş və altı bürünc mükafat var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər