Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi 1/2 final mərhələsində xalça üzərinə çıxıb.
İdman.Biz xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Həsənov belaruslu Yanis Şapartauya tam üstünlüklə (10:0) qalib gələrək finala yüksəlib.
14:49
Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1/4 final mərhələsində xalça üzərinə çıxıblar.
İdman.Biz xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Həsənov rusiyalı Xalid Sonqurbekova tam üstünlüklə (12:0) qalib gələrək yarımfinala yüksəlib.
45 kiloqramda mübarizə aparan Tunar Həsənov isə ukraynalı Marko Kvasniuka 0:2 hesabı ilə məğlub olub. 60 kiloqram çəki dərəcəsində çıxış edən Vahid Məmmədov polşalı Vitold Pavliklə qarşılaşmada sonuncu xal prinsipinə əsasən (1:1) məğlubiyyətlə üzləşib. 92 kiloqramda çıxış edən Elgün Kərimli də rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
13:48
Azərbaycanın güləş üzrə millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurla çıxış ediblər.
İdman.Biz xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Vahid Məmmədov ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib.
51 kiloqramda mübarizə aparan İbrahim Həsənov isə ukraynalı Boqdan Kazakova tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl 45 kiloqramda Tunar Həsənov Gürcüstan təmsilçisi Mkrtiç Canamyanı 3:2, 92 kiloqramda Elgün Kərimli isə Ermənistan güləşçisi Artur Mkrtçyanı 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
12:54
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı keçirilir.
İdman.Biz xəbər verir ki, bu gün baş tutan təsnifat mərhələsində 45 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Tunar Həsənov Gürcüstan təmsilçisi Mkrtiç Canamyana 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
71 kiloqram çəki dərəcəsində çıxış edən Tunar Quliyev ilkin mərhələdə ermənistanlı Avetik Tutxalyana 2:15 hesabıyla məğlub olub. 92 kiloqramda mübarizə aparan təmsilçimiz Elgün Kərimli isə Ermənistan güləşçisi Artur Mkrtçyan üzərində 8:0 hesablı inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
Bu mərhələdə digər təmsilçilərimiz Vahid Məmmədov (60kq) ispaniyalı Samvel Gorgyanla, İbrahim Həsənov (51 kq) ukraynalı Bohdan Kazakovla qarşılaşacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.