Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti görüşlərinə çıxıblar.
İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı uğurlu çıxışını davam etdirib. O, ermənistanlı Vazgen Vardanyana 7:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
92 kq-da çıxış edən Zöhrab Səfərov da qələbə qazanıb. Güləşçimiz almaniyalı Maks Peter Baumaysteri 6:3 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə əldə edib.
60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov isə səkkizdəbir finalda Almaniya təmsilçisi Kristiano Libzaytə 1:6 hesabı ilə uduzub.
13:36
Azərbaycanın yunan-Roma güləşçisi Hüseyn Mustafazadə (51 kq) Bolqarıstanın Samakov şəhərində U-17 Avropa çempionatında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız belaruslu Timafey Semyanenkaya 9:8 hesabıyla qalib gəlib.
Bu nəticə ilə H.Mustafazadə 1/4 finala yüksəlib.
Bundan əvvəl Əli Cavadlı (45 kq) da 1/4 finala vəsiqə əldə etmişdi.
13:00
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında mübarizəni davam etdiriblər.
İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən Əli Cavadlı təsnifat mərhələsində ukraynalı Vladislav Veliçkoya 3:8 hesabı ilə məğlub olub.
71 kq-da mübarizə aparan Əli Məmmədov isə rusiyalı Vladimir Avakyanla qarşılaşmada rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək 1/8 final mərhələsinə yüksəlib.
65 kq çəki dərəcəsində çıxış edən Orxan Həbibli təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisi 9:0 hesabı ilə məğlub edib. O, bu nəticə ilə axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
12:27
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Əli Cavadlı (45 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının ikinci günündə uğurlu nəticə qazanıb.
İdman.Biz xəbər verir ki, güləşçimiz bolqarıstanlı Tzvetan Nikolovu 8:0 hesabı ilə tam üstünlüklə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.