top
U-17 Avropa Çempionatı: Beş Azərbaycan güləşçisi yarımfinalda - YENİLƏNİR Idman.biz
15 may 2026, 14:52
- +

U-17 Avropa Çempionatı: Beş Azərbaycan güləşçisi yarımfinalda - YENİLƏNİR

Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu çıxışını davam etdirib.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz slovakiyalı Patrik Vetrakı 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

14:28

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğiti 8:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Hüseyn Rzazadə (48 kq) türkiyəli Yiğit Egemeni tam üstünlüklə - 10:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Hakim Tağıyev (110 kq) slovakiyalı Adam Koşanı 4:1 hesabı ilə üstələyərək yarımfinala adlayıb.

Rəşid Nazarov (65 kq) isə ardıcıl qələbələr qazanıb. O, əvvəlcə türkiyəli Aydıncan Gümüşdağı 7:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib, daha sonra ukraynalı Teymur Abumislimovu 3:1 hesabı ilə üstələyərək yarımfinala vəsiqə əldə edib.

Nihad Süleymanlı (80 kq) macarıstanlı Zeteni Tuğini 7:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

12:49

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu nəticələr qazanıblar.

İdman.Biz xəbər verir ki, Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarova 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridzeyə tam üstünlüklə - 9:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 1/8 finala yüksəlib.

Nihad Süleymanlı (80 kq) isə gürcüstanlı Rati Revazaşviliyə 7:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə adlayıb.

11:53

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında çıxış edib.

İdman.Biz xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Simurə Abdullayeva təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabı ilə məğlub olub.

11:36

Bu gün Azərbaycanın sərbəst güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında görüşləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, təsnifat mərhələsində Hüseyn Rzazadə (48 kq) Gürcüstanlı Laşa Koridze, Rəşid Nazarov (65 kq) Gürcüstanlı Bidzina Jintçaradze, Nihad Süleymanlı (80 kq) Gürcüstanlı Rati Revazaşvili və Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarov ilə, 1/8 finalda isə Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit ilə qarşılaşacaq.

Qeyd edək ki, qadın güləşçimiz Simurə Abdullayeva da (69 kq) Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında təsəlliverici görüşə çıxacaq. O, rusiyalı Polina Yefimova ilə qarşılaşacaq.

Yarış mayın 17-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Futbol
Bu gün, 02:30

Fənərbaxçaplay-off mərhələsinə yüksəldi

Futbol
Bu gün, 02:11

"Mançester Siti" "Çelsi"dən Enso Fernandesin transferi üçün 120 milyon funt sterlinq təklif edib

Futbol
Bu gün, 01:52

Ronald Arauxo: İngiltərə Premyer Liqası mənim keyfiyyətlərimə uyğundur

Futbol
Bu gün, 01:19

Makallister "Siti"yə gələ bilər

Futbol
Bu gün, 01:00

Srvena Zvezda Hapoelə məğlub olduqdan sonra baş məşqçisini qovdu

Futbol
Bu gün, 00:59

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 00:44

NEC Neymegen tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Futbol
Bu gün, 00:35

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Minifutbol
Dünən, 23:59

Gürcülər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Basketbol
Dünən, 23:50

U-16 qadın milli basketbol komandası İsveçə məğlub olub

Futbol
Dünən, 23:37

Kriştianu Ronaldu və Corcina Rodriges nişanlandı - FOTO

Futbol
Dünən, 23:08

Bodo-Qlimt Çempionlar Liqasına yaxınlaşdı

Futbol
Dünən, 22:50

Sabahın baş məşqçisi hesab edir ki, komandadakı oyunçular peşəkardırlar

Futbol
Dünən, 22:44

"Kayrat" Çempionlar Liqasının əsas mərhələsindən kənarda qaldı

Futbol
Dünən, 22:36

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Futbol
Dünən, 22:28

Poulsen: “Sabah”ın hücumuna qarşı böyük səhvlər etdik”

Futbol
Dünən, 22:11

Karvan-Yevlax 1-ci liqa komandası üzərində qələbə qazanıb

Futbol
Dünən, 21:44

Vitinya “Qızıl top”un PSJ oyunçularına verilməsini istəyir

Futbol
Dünən, 21:28

Mixaylo Mudrikinin transferi ilə bağlı son xəbər

Futbol
Dünən, 21:12

“Neftçi” Macarıstan millisinin futbolçusunu transfer edib

Oxşar xəbərlər