top
U-17 Avropa Çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR Idman.biz
15 may 2026, 18:21
- +

U-17 Avropa Çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR

Bolqarıstanın Samokov şəhərində U-17 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, təmsilçimiz Hüseyn Rzazadə (48 kq) yarımfinalda rusiyalı Asilder Asluyevlə qarşılaşıb.

Güləşçimiz rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək finala yüksəlib.

15:45

Bu gün Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Hüseyn Rzazadə (48 kq) rusiyalı Asilder Asluyevlə qarşılaşacaq.

Abbas Şəfiyev (55 kq) erməni güləşçi Suren İşxanyanla üz-üzə gələcək. Rəşid Nazarov (65 kq) fransalı Saşa Oberlə güləşəcək.

Nihad Süleymanlı (80 kq) rusiyalı Rəcəb Rəcəbovla qüvvəsini sınayacaq. Hakim Tağıyev (110 kq) isə gürcüstanlı Murtaz Baqdavadze ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

14:52

Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu çıxışını davam etdirib.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz slovakiyalı Patrik Vetrakı 6:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, digər təmsilçilərimizdən Hüseyn Rzazadə, Hakim Tağıyev, Rəşid Nazarov və Nihad Süleymanlı da yarımfinala yüksəliblər.

Yarış mayın 17-də başa çatacaq.

14:28

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğiti 8:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Hüseyn Rzazadə (48 kq) türkiyəli Yiğit Egemeni tam üstünlüklə - 10:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Hakim Tağıyev (110 kq) slovakiyalı Adam Koşanı 4:1 hesabı ilə üstələyərək yarımfinala adlayıb.

Rəşid Nazarov (65 kq) isə ardıcıl qələbələr qazanıb. O, əvvəlcə türkiyəli Aydıncan Gümüşdağı 7:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib, daha sonra ukraynalı Teymur Abumislimovu 3:1 hesabı ilə üstələyərək yarımfinala vəsiqə əldə edib.

Nihad Süleymanlı (80 kq) macarıstanlı Zeteni Tuğini 7:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

12:49

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu nəticələr qazanıblar.

İdman.Biz xəbər verir ki, Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarova 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridzeyə tam üstünlüklə - 9:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 1/8 finala yüksəlib.

Nihad Süleymanlı (80 kq) isə gürcüstanlı Rati Revazaşviliyə 7:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə adlayıb.

11:53

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında çıxış edib.

İdman.Biz xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Simurə Abdullayeva təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabı ilə məğlub olub.

11:36

Bu gün Azərbaycanın sərbəst güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında görüşləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, təsnifat mərhələsində Hüseyn Rzazadə (48 kq) Gürcüstanlı Laşa Koridze, Rəşid Nazarov (65 kq) Gürcüstanlı Bidzina Jintçaradze, Nihad Süleymanlı (80 kq) Gürcüstanlı Rati Revazaşvili və Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarov ilə, 1/8 finalda isə Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit ilə qarşılaşacaq.

Qeyd edək ki, qadın güləşçimiz Simurə Abdullayeva da (69 kq) Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında təsəlliverici görüşə çıxacaq. O, rusiyalı Polina Yefimova ilə qarşılaşacaq.

Yarış mayın 17-də başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:16

İspaniya DÇ-2026-da qapısından qol buraxmayan yeganə millidir

Futbol
Bu gün, 01:03

İspaniya Portuqaliyaya qalib gəlib

Futbol
Bu gün, 00:55

DÇ-2026: İspaniya Portuqaliyanı uyğunlaşdırır, hesab açılıb

Futbol
Bu gün, 00:46

Rivaldo: Braziliya milli komandasının Norveçə məğlubiyəti barədə fikirlərini bölüşüb

Futbol
Bu gün, 00:36

Portuqaliya - İspaniya: Dünya çempionatının 1/8 final mərhələsi

Futbol
Bu gün, 00:07

DÇ-2026: İspaniya və Portuqaliya arasında 1/8 final matçı

Futbol
Bu gün, 00:05

Milli komandaların baş məşqçiləri üçün açıq müraciət elan olunub

Futbol
Dünən, 23:51

DÇ-2026: İspaniya və Portuqaliya arasında matçın ilk yarısı qolsuz başa çatdı

Futbol
Dünən, 23:24

FİFA-dan İngiltərə millisinin müdafiəçisi Carrell Kuansaya qoyulan qadağanın ləğvini tələb ediblər

Futbol
Dünən, 23:00

DÇ-2026: İspaniya və Portuqaliya üz-üzə

Futbol
Dünən, 22:53

Tramp ABŞ-Belçika matçına istehzalı şərh verib

Basketbol
Dünən, 22:37

Azərbaycanın qadınlardan ibarət U-20 yığması Avropa çempionatında Yunanıstanla oyununu itirdi

Futbol
Dünən, 22:22

İnfantino Folarin Baloqunun cəzası ilə bağlı qərarı şərh edib

Futbol
Dünən, 21:56

Rafael Leao "Milan"ı tərk edəcək

Basketbol
Dünən, 21:43

Pedro Martines “Real Madrid”ə baş məşqçi təyin edilib

Futbol
Dünən, 21:39

Neftçi Partizana uduzdu

Futbol
Dünən, 21:28

FİFA Belçikanın Folarin Baloqun barədə şikayətini rədd edib

Futbol
Dünən, 21:26

"Sumqayıt" 2026/27 mövsümü üçün hazırlıqlarına başladı

Futbol
Dünən, 20:58

PSJ italyan qapıçı ilə müqavilə imzaladı

Futbol
Dünən, 20:57

Sepp Blatter FIFA-ni tənqid etdi

Futbol
Dünən, 20:42

FİFA 2026-cı il Dünya Kuboku finalının rəsmi topu

Futbol
Dünən, 20:27

Sandro Tonali “Tottenhem”ə transfer olub

Futbol
Dünən, 19:58

Fransalı yarımmüdafiəçi Orelyen Çuameni Mərakeş matçını buraxa bilər

Futbol
Dünən, 19:56

Dünya çempionatında Meksika məşqçisi İngiltərə futbolçusuna təhqir edib

Oxşar xəbərlər