top
Soner Demirtaş U-23 Avropa Çempionatında Türkiyə Millisinin Hədəflərini Açıqlayıb Report.az
10 mart 2026, 13:43
- ↺ +

Soner Demirtaş U-23 Avropa Çempionatında Türkiyə Millisinin Hədəflərini Açıqlayıb

​Türkiyə millisinin Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında əsas hədəfi ilk "üçlük"də yer almaqdır.

Bunu ​"Report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında Türkiyənin sərbəst güləş üzrə həm əsas, həm də U-23 millisinin baş məşqçisi Soner Demirtaş deyib.

Mütəxəssis ilk olaraq komandanın heyəti və turnirdəki medal gözləntiləri barədə məlumat verib:

​"Avropa çempionatına 10 nəfərlik heyətlə gəlmişik. Ötən il dünya və Avropa çempionatlarında bir neçə medal qazanan eyni idmançılarımız burada da mübarizə aparırlar. Komanda hesabında ilk "üçlük"də yer almağı, fərdi olaraq isə ən azı 5 medal qazanmağı hədəfləyirik. Heyətimiz çox güclüdür, bəzi güləşçilərimiz artıq böyüklər kateqoriyasında yarışmağa hazırdırlar. Onlardan ən azı iki çempionluq gözləyirik".

​S.Demirtaş turnirdəki rəqabət şəraitindən və favorit hesab etdiyi ölkələrdən danışıb:

​"Çempionatda favoritlərə gəlincə, bir çox ölkə egioner idmançılarla yarışır. Hazırda bir çox ölkənin yığmasında azı 4 və ya 5 Dağıstan əsilli güləşçi var. Bu da rəqabəti çox çətinləşdirir və səviyyəni yuxarı qaldırır. Rusiya bu işi ən yüksək səviyyədə görən ölkədir və hazırda komanda hesabında da yaxşı gedirlər. Onlar ən böyük favoritdir. Ruslar öz adlarından yarışmasalar belə, digər ölkələrin heyətində yenə də favorit hesab olunurlar. Rusiya komandası burada ilk dəfə siyahıya daxil ediləcək, onlar olmayanda medallar digər ölkələr arasında paylanırdı".

​Mütəxəssis yarışın təşkilatçılığındakı nöqsanları və idmançıların üzləşdiyi çətinlikləri xüsusi vurğulayıb:

​"Təşkilatçılıq zəifdir. İdmançılar Novi Sadda qalırlar, yarış zalı oradan 80-90 kilometr uzaqdadır. Güləşçilər səhər saat 5:00-da oyanıb gəlirlər, 7:30-da çəkiölçmə olur. Gün boyu otelə qayıda bilmirlər, matrasların üzərində yatırlar. Mövcud çəkiölçmə sistemi idmançıları çox yorur. Onlar gün boyu ac qalıb 4-5 görüşə çıxırlar ki, bu da sağlamlıq baxımından çox zərərlidir. Dünya Güləş Birliyinin (UWW) bu sistemi təcili dəyişməsi, yarışdan bir gün əvvəlki qaydanın bərpa olunması lazımdır".

​Sonda baş məşqçi azarkeş marağının azalmasına və turnirin gedişatına toxunub:

​"Gördüyünüz kimi, tamaşaçı çox azdır. Səhərdən axşama qədər davam edən matçlar insanları sıxır, kimsə izləmək istəmir. Yarışların planlaşdırılması daha maraqlı və idmançıların maraqlarına uyğun şəkildə yenidən qurulmalıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:18

“Arsenal” və “Liverpool” “Qalatasaray”ın 50 milyon funtlu yarımmüdafiəçisinə maraq göstərir

Basketbol
Bu gün, 22:04

“Sabah” klubu Orxan Aydınla bir illik müqavilə bağladı

Digər
Bu gün, 22:00

Rəşad Sadıqov: “Hücum xəttini mütləq gücləndirməliyik”

Digər
Bu gün, 21:56

Azərbaycan Kür həndbol komandası Avropa Kubokunda 38:26 məğlubiyyətlə başladı

Digər
Bu gün, 21:54

“Vüqar Həşimov” Avropa Kubokunu darmadağınla bitirdi, “Odlar Yurdu” medal şansını itirdi

Cüdo
Bu gün, 21:49

Qaşim Maqomedov Qatar Open turnirində gümüş medal qazandı

Futbol
Bu gün, 21:41

“Real Madrid” rəhbərliyi Kiliyan Mbappenin “Qızıl top” mükafatını qazanacağına ümid bəsləyir

Futbol
Bu gün, 21:32

Sumqayıt 2:3 məğlubiyyəti ilə məşqçi Filipe Kandidonu məyus etdi

Futbol
Bu gün, 21:26

AFFA və BFF təşkilatçılığında “D” lisenziyalı məşqçi kursu uğurla başa çatdı

Futbol
Bu gün, 21:26

Kriştianu Ronaldu karyerasında 982-ci qolunu vurdu, "Ən-Nəsr" "Əl-Feysali"ni 3:1 hesabıyla məğlub etdi

Qarabağ FK
Bu gün, 21:17

Azərbaycan çempionatlarının yüksək liqasında 15000-ci qol: “Zirə”nin futbolçusu Rikardo Martins tarixi qola imza atdı

Futbol
Bu gün, 21:04

Rodri El-Klasikoya Hazırlanır: Mourinyo Rəqabəti Yüksəldəcək

Futbol
Bu gün, 20:57

Beşiktaş belgiyalı milli futbolçu Nikolas Raskini transfer etmək istəyir

Futbol
Bu gün, 20:41

Van der Vart: Real Madrid El‑Klasikonu qazanacaq

Digər
Bu gün, 20:27

"Atletiko" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Digər
Bu gün, 20:23

“Bavariya”nın baş məşqçisi huşunu itirdi - Təcili xəstəxanaya çatdırıldı

Futbol
Bu gün, 20:10

Araz‑Naxçıvan – Qəbələ matçının video icmalı: Qəbələ 2-1 qalib gəldi

Futbol
Bu gün, 20:09

Yuri Maksimov: Qolları rəqibə veririk, öz qol vurmamız çətindir

Futbol
Bu gün, 19:58

Kriştianu Ronaldo 982-ci qol vurdu, Al‑Nəsr 3:1‑ə qalib gəldi

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Futbol
Bu gün, 19:35

Neftçi Turan Tovuzla matçın hazırlığını başa çatdırdı

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Oxşar xəbərlər