top
Samokovda U15 güləş üzrə Avropa çempionatına start verilir Idman.biz
19 may 2026, 22:48
- +

Samokovda U15 güləş üzrə Avropa çempionatına start verilir

Sabah Bolqarıstanın Samokov şəhərində güləş üzrə növbəti Avropa çempionatına start veriləcək.

İdman.Biz bildirir ki, U17 yaş qrupunun ardınca eyni məkanda U15 qitə birinciliyi keçiriləcək. Mayın 24-dək davam edəcək məsul yarışda hər 3 güləş növü üzrə millimizin üzvləri ölkəmizi təmsil edəcək.

Yunan-Roma güləşi üzrə komandanın tərkibində Hüseyn Əmrahlı (38 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq), Pünhan Şahmarov (48 kq), Rəsul Əhmədli (52 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq) yer alıb. Onlar böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlının rəhbərliyi altında xalçaya çıxacaqlar.

Qızların yarışında böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsgərova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Ləman Əliyeva (54 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq) mübarizə aparacaq.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında isə Yusif Abdullayev (38 kq), Elman İsmayılov (41 kq), Məhəmməd Kərimov (44 kq), Əli Baloğlanov (48 kq), Adəm Quliyev (52 kq), Yılmaz Səmədov (57 kq), Yusif Hüseynov (62 kq), Yusif Bədəlov (68 kq), Xəyal Şükürlü (75 kq) və Elvin Necəfzadə (85 kq) isə sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.

U15 Avropa çempionatında beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayevlə yanaşı, milli kateqoriyalı Nihad Muradov da ədaləti qoruyacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Oxşar xəbərlər