top
Ruzanna Məmmədova gümüş medal qazanıb, Fərid Sadıxlı finala yüksəlib - U-23 Avropa Çempionatı Idman.biz
13 mart 2026, 22:05
- ↺ +

Ruzanna Məmmədova gümüş medal qazanıb, Fərid Sadıxlı finala yüksəlib - U-23 Avropa Çempionatı

Azərbaycanlı idmançı Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında gümüş medal qazanıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan idmançısı finalda rusiyalı Amina Tandelova ilə qarşılaşıb.

Görüş rusiyalı idmançının 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Daha əvvəl Azərbaycan idmançısı Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medal qazanıb.

20:36

Azərbaycan güləşçisi Fərid Sadıxlı Serbiyanın Zrenyanində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan güləşçisi yarımfinalda gürcü idmançısı Koba Karumidze ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatsa da, Sadıxlı sonuncu məhsuldar hərəkətə əsasən qələbə qazanıb.

16:28

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 55 kq çəki dərəcəsində isə Fərid Sadıxlı rumıniyalı Denis Florin Mihaya üzərində 5:2 hesabıyla qələbə qazanaraq yarımfinala yüksəlib.

Bundan əlavə ölkəmizi təmsil edən 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov 1/4 finalda moldovalı Vitali Yeryomenko qarşısında 1:5 hesabıyla məğlub olaraq yarışdan kənar qalıb.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

15:37

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov türkiyəli Enes Ülküyə 6:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. 55 kq-da mübarizə aparan Fərid Sadıxlı isə çexiyalı Filip Bartoşik üzərində tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Bundan əlavə ölkəmizi təmsil edən 77 kq-da Rəvan Nuriyev təsnifat mərhələsində belaruslu Kirıl Valevskiyə 1:4 hesabıyla məğlub olub. 87 kq çəki dərəcəsində Səid Axundzadə 1/8 finalda rumıniyalı Patrik İulian Qordana 5:9 hesabıyla uduzub. 130 kq-da isə Ayxan Mərdanov təsnifat mərhələsində yunanıstanlı Axiles Xrisidisə 0:3 hesabıyla məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

09:36

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Təsnifat mərhələsində Fərid Sadıqlı (55 kq) çexiyalı Filip Bartoşik, İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkü, Rəvan Nuriyev (77 kq) belaruslu Kiril Valevski, Ayxan Mərdanov (130 kq) isə yunanıstanlı Axilles Xrisidislə üz-üzə gələcək. Səid Axundzadə (87 kq) isə 1/8 finalda rumıniyalı Patrik Yulian Qordanla mübarizə aparacaq.

Qadın güləşçilərindən Ruzanna Məmmədova (62 kq) qızıl medal uğrunda görüşə çıxacaq. O, həlledici qarşılaşmada rusiyalı Amina Tandelova ilə üz-üzə gələcək.

Nərgiz Səmədova (53 kq) bürünc medal uğrunda görüşdə türkiyəli idmançı Şevval Çayır ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yarışda indiyə qədər ümumilikdə 10 medal qazanıb. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) və Gültəkin Şirinova (55 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Oxşar xəbərlər