top
Rus tankı Sadulayev RAF turnirində güləşə bilər, Azərbaycan variantı yoxdur Idman.biz
19 may 2026, 14:49
- ↺ +

"Rus tankı" Sadulayev RAF turnirində güləşə bilər, Azərbaycan variantı yoxdur

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulrəşid Sadulayev ABŞ-də təşkil edilən peşəkar sərbəst güləş liqası RAF-ın turnirində("Real American Freestyle") çıxış edə bilər. Sadulayev sözlərinə görə, yarışın Azərbaycanda keçirilməsi variantı da nəzərdən keçirilir.

İdman.Biz xəbər verir ki, xarici jurnalistlərin dominant güləş üslubuna görə "Rus tankı" adlandırdığı Sadulayevin ABŞ vizası ilə bağlı müraciəti hələ baxış mərhələsindədir.

"Hələ ki, imtina yoxdur. Vaxt da var. Əgər mayın 25-26-na qədər təsdiqləsələr, ABŞ-yə getmək istəyirəm", – deyə güləşçi "Red Corner MMA"ya açıqlamasında bildirib.

Sadulayev qeyd edib ki, onun liqadakı debütü mayın 30-da Dallasda keçiriləcək RAF turnirində planlaşdırılıb.

"Bu turnir mayın 15-də keçirilməli idi. Amma Yaxın Şərqdəki gərgin vəziyyətə görə Texasa köçürüldü. Mən də orada çıxış etməyi planlaşdırıram. Viza versələr, dərhal yola düşəcəyəm", - deyə o vurğulayıb.

Rusiyalı idmançı hadisələrin başqa cür inkişaf edə biləcəyini də istisna etməyib.

"Onlar bu ilin iyununda turnirin Qazaxıstan, Azərbaycan və ya Ermənistanda keçirilməsi variantını nəzərdən keçirirlər. Mən startdayam", – deyə Sadulayev əlavə edib.

Azərbaycan Güləş Federasiyası artıq Abdulrəşid Sadulayevin sözlərinə münasibət bildirib.

Qurumdan İdman.Biz-ə açıqlamada ölkəmizdə belə bir turnirin keçirilməsi ilə bağlı heç bir planın olmadığı qeyd edilib.

"Bəlkə kimdəsə bu turniri Azərbaycanda keçirmək ideyası var. Amma bizim hələlik belə planlarımız yoxdur", – deyə milli federasiyanın mətbuat xidmətinin rəhbəri Sərxan Musalı bildirib.

Qeyd edək ki, RAF ("Real American Freestyle") 2025-ci ildə yaradılmış yeni ABŞ peşəkar sərbəst güləş liqasıdır. Layihənin yaradıcıları arasında restlinq əfsanəsi Halk Hoqan, WCW-nin keçmiş rəhbəri Erik Biskoff, biznesmen Çhad Bronstein və məşhur məşqçi İzzi Martinez yer alırlar.

Layihə geniş auditoriyaya hesablanmış şou formatlı ilk peşəkar sərbəst güləş liqası kimi təqdim olunur. RAF turnirləri böyük tədbir formatında keçirilir, media dəstəyi, çempionluq kəmərləri və "FOX Nation" platformasında yayımlarla müşayiət olunur. Liqada Olimpiya çempionları, NCAA ulduzları və tanınmış MMA nümayəndələri çıxış edirlər.

Xatırladaq ki, Sadulayev bu ilin yanvarında RAF ilə müqavilə imzalayıb.

Bundan başqa, daha əvvəl Azərbaycanın titullu güləşçisi, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı Hacı Əliyevin də liqanın turnirlərində çıxış edəcəyi açıqlanmışdı. Onun döyüşü iyunda Sent-Luisdə keçiriləcək RAF 10 turnirinə planlaşdırılıb. Gözlənilir ki, Əliyevin rəqibi Puerto-Rikodan Sebastian Rivera olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Oxşar xəbərlər