top
Rıza Kayaalp: “Qələbə seriyamın başlanğıcı Bakıda qoyulub” - İDMAN.BİZ ALBANİYADAN Idman.biz
23 aprel 2026, 17:31
- ↺ +

Rıza Kayaalp: “Qələbə seriyamın başlanğıcı Bakıda qoyulub” - İDMAN.BİZ ALBANİYADAN

Türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalp üçün əfsanəvi Aleksandr Karelinin rekordunu geridə qoyduğu Albaniyada keçirilən Avropa çempionatı asan keçməyib.

Bunu İdman.Biz-ə açıqlamasında Rıza Kayaalp özü bildirib.

"Yarımfinal görüşündə bəzi gözlənilməz məqamlar oldu. Amma mən soyuqqanlılığımı qorudum və finala yüksəldim. Orada isə lazım olanı etdim və qalib gəldim. Əfsanəvi Karelinin nailiyyətini geridə qoydum. 15 dəfə finala çıxmışam və 13 dəfə qalib gəlmişəm. Buna nail olmaq həqiqətən çox çətindir. Mümkünsüz görünəni bacardığıma görə xoşbəxtəm", – deyə o əlavə edib.

O, həmçinin bu illər ərzində motivasiyanı necə tapdığını və zirvədə qalmağı necə bacardığını danışıb:

"Allah mənə istedad verib və mən də daim öz üzərimdə işləyərək və işimi sevərək onu inkişaf etdirmişəm. İnkişaf etmək, idman rejiminə əməl etmək və sosial həyata da diqqət ayırmaq çox vacibdir. Bunlara riayət etsəniz və özünüzə inansanız, əldə edə bilməyəcəyiniz heç nə olmaz. Əgər bunlar olmasaydı, 37 yaşımda 13 qat Avropa çempionu ola bilməzdim".

Kayaalp əlavə edib ki, son Avropa çempionatlarında tez-tez yarımfinalda azərbaycanlı idmançılarla qarşılaşıb və bu dəfə də onlarla finalda mübarizə aparmağa ümid edib, lakin bu baş verməyib.

Azərbaycan haqqında danışan Rıza Kayaalp bildirib ki, qitə birinciliyində ilk uğuru məhz Bakıda qazanıb:

"Bu qələbə seriyasının başlanğıcı Bakıda qoyulub. 2010-cu ildə ilk dəfə Avropa çempionu oldum. Bakı mənim üçün çox uğurlu oldu. Azərbaycan mənə yaxşı enerji verdi və mən bundan istifadə etdim. İlk medalımı məhz orada qazanmağım mənim üçün çox xoş idi. Bakıda atmosfer möhtəşəm idi, azarkeşlər mənə böyük dəstək göstərdilər".

İdmançı əlavə edib ki, imkan yaranan kimi ailəsi ilə birlikdə Bakıya istirahətə gəlmək istəyir:

"Son illərdə Bakı çox gözəlləşib, inkişaf edib, orada çoxlu tarixi məkanlar var. İnşallah, gələcəkdə ailəmlə birlikdə ora gələcəyəm. Azərbaycanda çoxlu dostlarım var, xüsusilə də öz nəslimdən olan azərbaycanlı idmançılarla sıx ünsiyyətdəyəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər