top
Qurban Qurbanov: “Bu dəfə üzərimdə daha çox məsuliyyət hiss edirdim” - İDMAN.BİZ ALBANİYADAN Idman.biz
23 aprel 2026, 00:53
- ↺ +

Qurban Qurbanov: “Bu dəfə üzərimdə daha çox məsuliyyət hiss edirdim” - İDMAN.BİZ ALBANİYADAN

"Müəyyən dərəcədə bu Avropa çempionatında daha çox məsuliyyət hiss edirdim, çünki həm ailəm, həm də məşqçilərim ikinci dəfə Avropa çempionu olmağımı istəyirdilər".

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşının veriyi məlumata görə, bu barədə Tiranada keçirilən Avropa çempionatında ikinci qızıl medalını qazandıqdan sonra Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, hər iki qitə birinciliyi medalı onun üçün eyni dərəcədə əzizdir:

"Amma əlbəttə ki, hər medalın öz yolu var. Zədələr səbəbindən bu yol mənim üçün daha ağır oldu. Həsrət Cəfərov bu gün dördqat Avropa çempionu oldu. Əlbəttə, aramızda sağlam rəqabət var, biz də daha böyük uğurlar qazanmaq istəyirik. Həsrəti və bütün komandanı təbrik edirəm".

Eyni zamanda idmançı konkret hansısa atleti qabaqlamaq məqsədi qoymadığını, özünə kökləndiyini əlavə edib:

"Mənim kimisə çatmaq və ya ötmək barədə fikirlərim yoxdur. Sadəcə işimi görürəm. Qarşımda qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Bu baxımdan biz müəyyən mənada əsgərik".

O, həmçinin mümkün olimpiya çəki dərəcəsinə keçid barədə düşüncələrini bölüşüb:

"Qarşıma uzunmüddətli məqsədlər qoymuram. Əgər bilsəm ki, məni turnir gözləyir, konkret ona hazırlaşıram. Əlbəttə, bəziləri olimpiya çəkisinə keçmək lazım olduğunu deyirlər, lakin mən belə qərarları təkbaşına vermirəm. Mənim şəxsi məşqçim və yığmanın məşqçilər heyəti var. İnsanların istəyini başa düşürəm və özüm də əlbəttə ki, olimpiya çempionu olmaq istərdim. Amma bu, asan deyil.

Bu çəki dərəcəsində (87 kq-a qədər - müəl.) bizdə Avropa çempionatlarının mükafatçısı İslam Abbasov var. Əgər mən ora keçəcəyimi deməyə başlasam, bu, komanda daxilində o qədər də yaxşı qarşılanmaz. Hər kəsə uğurlar arzulayıram. Əgər nə vaxtsa məndə belə bir imkan yaransa, bizim komandada hamı sağlam rəqabətə açıqdır".

Qurban Qurbanov 87 kq-a qədər çəki dərəcəsində rəqabətin çox yüksək olduğunu vurğulayıb:

"Bu il Danimarka idmançısı çempion oldu. Şəxsən mən Danimarkadan heç beş güləşçinin adını çəkə bilmərəm, lakin o, Olimpiya Oyunlarının mükafatçısıdır. Beləliklə, bütün bunlar asan deyil, buna xüsusi hazırlaşmaq lazımdır.

Mən bu çəki dərəcəsinə də ciddi hazırlaşmışam, bura təsadüfən gəlməmişəm. Amma bu və ya digər çəkiyə keçmək mənim şəxsi qərarım deyil".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər