top
Nihat Məmmədli Budapeştdə reytinq turnirinin qalibi oldu, digər güləşçilərimiz də mübarizə aparır - YENİLƏNİR Idman.biz
20 iyul 2025, 20:30
- +

Nihat Məmmədli Budapeştdə reytinq turnirinin qalibi oldu, digər güləşçilərimiz də mübarizə aparır - YENİLƏNİR

Budapeştdə yunan-Roma güləşi üzrə reytinq turniri keçirilir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri də qələbə uğrunda mübarizə aparırlar.

Yunan-Roma güləşi
60 kq

Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. Finalda hindistanlı Sumit Sumitlə güləşən təmsilçimiz 561 hesabı ilə qalib gələrək reytinq turnirinin çempionu olub.

İlkin Qurbanov isə 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova 1:9 hesabıyla məğlub olub.

63 kq
Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncüsü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

67 kq
Fərid Xəlilov koreyalı Byeonqqi Seoya 6:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

77 kq
Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0) qalib gələrək 1/4 finala yüksəlib.

Ülvü Qənizadə xorvatiyalı Antonio Kamenyaseviçə (1:1) və koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəlib.

1/4 finalda Ülvü Sənanla görüşdə xalçaya çıxmadığı üçün Süleymanov yarımfinala vəsiqə qazanıb. Sənan yarımfinalda rusiyalı Sergey Kutuzova (UWW) 6:8 hesabıyla məğlub olub və axşam seansında macarıstanlı Levente Levayla bürünc medal uğrunda güləşəcək.

82 kq
Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmayıb və yarışdan çəkilib.

97 kq
Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala yüksəlib. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla məğlub olub və axşam seansında bürünc medal uğrunda rusiyalı İliya Yermolenkoyla (UWW) güləşəcək.

Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 15:46

Araz-Naxçıvan "İmişli" ilə oyunu itki ilə keçirəcək

Futbol
Bu gün, 15:30

Arsenal Cek Hinshelvudu Transfer Edə Bilər

Cüdo
Bu gün, 15:11

İlham Zəkiyev Avropa çempionatının finalına vəsiqə qazandı

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol komandası Cerod Robinson ilə müqavilə bağladı

Güləş
Bu gün, 14:58

Beynəlxalq Oxatma Federasiyası rusiyalı idmançılara qadağanı ləğv edib

Futbol
Bu gün, 14:18

Dinamo kapitanı Andrey Yarmolenkonun Qarabağ görüşündə iştirak etməməsinin səbəbi açıqlanıb

Futbol
Bu gün, 13:58

Ferran Torres PSJ-yə keçib

Futbol
Bu gün, 13:38

Cəlal Hüseynovun komandası “Voluntari”ni məğlub etdi

Futbol
Bu gün, 13:30

Son 10 ildə La Liqada transferlərə ən çox pul xərcləyən klublar

Basketbol
Bu gün, 13:18

Neftçi" ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:58

Yeqor Xvalko: "Kəpəz"in keçmiş rəhbərliyinin getməsi yaxşı oldu"

Minifutbol
Bu gün, 12:38

„Sabahın Ulduzları“ Bakı Kubokunda dördüncü turun oyunları başa çatıb

Basketbol
Bu gün, 12:30

Azərbaycan millisi 3x3 basketbol Dünya Seriyasından kənara çıxdı

Futbol
Bu gün, 12:18

Kodi Qakpo “Tottenhem”ə keçimə üzrədir

Qarabağ FK
Bu gün, 12:00

Qarabağ - Dinamo matçında izləyici hesabı

Futbol
Bu gün, 11:58

Fabritsio Romanoya qarşı ciddi ittihamlar

Boks
Bu gün, 11:38

Azərbaycanın üç boksçusu Avropa çempionatında növbəti mərhələyə adlayıb

Futbol
Bu gün, 11:30

Brentford Ekvadorlu Gənc Futbolçu Darvin Quaquanı Transfer Etmək Üzrə Razılığa Gəlib

Futbol
Bu gün, 11:18

Qabriel Martinelli “Qalatasaray”ın təklifini rədd edib

Futbol
Bu gün, 10:58

Türkiyə Super Liqasında dörd oyun keçiriləcək

Futbol
Bu gün, 10:40

Lion "Milan"dan icarəyə futbolçu alıb

Qarabağ FK
Bu gün, 10:18

“Qarabağ”dan ayrılan Abdullah Zubir Azərbaycanı tərk etdi

Futbol
Bu gün, 09:58

İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Oxşar xəbərlər