"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçiötən gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.
34 yaşlı futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunub. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.
Məlumata görə, fransalı futbolçu ötən gün Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin "Əl-Şahaniya" klubunda çıxış edəcəyi gözlənilir.