Bu gün İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib.
İdman.Biz xəbər verir ki, avqustun 15-də La Liqanın 1-ci turu çərçivəsində iki oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında "Alaves" doğma meydanda "Xetafe"ni qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Günün digər matçında isə "Sevilya" "Rayo Valyekano" ilə üz-üzə gələcək.
Bu qarşılaşmanın startı Bakı vaxtı ilə 23:30-a təsadüf edəcək.