top
Nihad Süleymanlı Bakıda keçiriləcək dünya çempionatında qələbə üçün əlindən gələni edəcəyini bildirib Idman.biz
19 may 2026, 21:16
- ↺ +

Nihad Süleymanlı Bakıda keçiriləcək dünya çempionatında qələbə üçün əlindən gələni edəcəyini bildirib

"Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm".

İdman.Biz bildirir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilmiş U-17 Avropa çempionatının qalibi Nihad Süleymanlı deyib.

"İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim.

Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm.

Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq", - Süleymanlı bildirib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi Avropa çempionatını ikinci sırada bitirib. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər